Masallı rayonunun Təzə Alvadı, Köhnə Alvadı, Meşəkənarı, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Tatyanoba və Güllütəpə kəndlərininin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Cenublu.az xəbər verir ki, “Alvadı” qaz paylayıcı stansiyasından çıxan orta təzyiqli qaz xəttində kiplik sınaqları həyata keçiriləcək. Bununla əlaqədar 15 iyul saat 10:00-dan etibarən qaz verilişi dayandırılacaq.
Belə ki, ümumilikdə 4900 abonent bu səbəbdən qazsız qalacaq.