Masallıda mavi yanacağın verilişində fasilə yaranacaq.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Qəzvinoba kəndində "Təmiz qaz" QSC tərəfindən aşkarlanmış sızma aradan qaldıracaq.
Bununla əlaqədar Bədəlan, Boradigah, Xanalion, Babaser və Türkoba kəndinin bir hissəsi olmaqla 2400-ə yaxın abonentin qaz təminatı bu gün, saat 14:00-dan dayandırılacaq.