Lerikdən olan müğənni JONY (Cahid Hüseynli) valideynləri ilə olan fotosunu paylaşıb.
Cenublu.az xəbər verir ki, adı Cahid Əfrayıl oğlu Hüseynli olan Jony-nin əsli Lerik rayonu, Gəndov kəndindəndir. Atasının ailəsi 1983-cü ildən Biləsuvarda yaşayıb. Sonra Bakı şəhərində yurd-yuva qurublar. Jony burada 1996-cı ildə dünyaya göz açıb. 3 yaşında ailəsi ilə birgə Moskvaya köçüb və 2018-ci ildən peşəkar səhnədə çıxışları müntəzəm davam edib. “Пустой стакан”, “Френдзона”, “Звезда”, “Комета”, “Аллея”, “Без тебя я не я” və digər mahnıları ona məşhurluq gətirib.