Lənkəran rayonunda qazın verilişində fasilə yaranacaq.
Cenublu.az xəbər verir ki, fevralın 4-ü saat 10:00-dan təmir işləri ilə bağlı "Xarxatan" QPS-dən qidalanan Xarxatan, Şağlaser, Separadi, Tükəvilə və Zövlə yaşayış məntəqələrində, ümumilikdə 3300-ə yaxın abonentin təbii qaz təchizatında fasilələr yaranacaq. Gün ərzində işlər yekunlaşan kimi qaz təchizatı bərpa olunacaq.