Lənkəran şəhərinin Rövşən Bayramov küçəsində, 2 nömrəli məktəbin yaxınlığında yaşayan sakinlər elektrik enerjisinin tez-tez kəsilməsindən şikayət edirlər.
Sakinlərin Cenublu.az-a verdiyi məlumata görə, son günlər hər 30 dəqiqədən bir işıqlar sönür:
“Bu aralar işıqlar çox tez-tez sönür. Hər yarım saatdan bir kəsirlər. Biz, əhali olaraq bu vəziyyətdən çox narazıyıq,” – deyə sakinlər bildiriblər.
Onların sözlərinə görə, bu problem həm məişət işlərinə, həm də gündəlik həyatın normal gedişinə ciddi maneə yaradır.
Sakinlər aidiyyəti qurumlardan problemin səbəbini açıqlamağı və aradan qaldırmağı tələb edirlər.