top
Lənkəranda 60 hektar çəltik sahəsini sel məhv etdi
06 oktyabr 2025, 23:31
- +

Lənkəranda 60 hektar çəltik sahəsini sel məhv etdi

Lənkəran rayonunda yağan intensiv yağışlar çəltik sahələrinə ciddi zərər vurub.

Cenublu.az xəbər verir ki, təqribən 60 hektara yaxın çəltik sahəsi sel suları nəticəsində tamamilə yararsız vəziyyətə düşüb.

Rayonda çəltik yığımına təxminən bir ay əvvəl başlanılıb. Fermerlərin sözlərinə görə, sel suları sahələri biçin vaxtı basdığı üçün həm yığım prosesi ləngiyib, həm də sahələr dağılıb. Fermer-aqronom Möhtəmən Fərziyev bildirib ki, bu il sahələrdə “Belita” və el arasında “topa düyü” adlandırılan “Malisa” sortları əkilib. Yığımın əvvəlində 1 hektardan “Malisa”dan 4 ton, “Belita”dan isə 6–7 ton məhsul götürülürdü.

“Yağışlar başlayandan sonra vəziyyət tam dəyişdi. Sahələrimiz sığortalanıb və bu il sığorta şirkətindən real dəstək gözləyirik. Əks halda məhsul itkisi bazarda düyünün qiymətinə də təsir göstərə bilər. Keçən il 2,70 manata satılan düyü bu il 3 manatdan yuxarı ola bilər”, — deyə fermer qeyd edib.

Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri İlqar Həsənov bildirib ki, 2025-ci təsərrüfat ilində rayonda 780,2 hektar sahədə çəltik əkini aparılıb və bu günə qədər 350 hektara yaxın ərazidə biçin həyata keçirilib. Son yağışlar nəticəsində isə 60 hektar sahəyə ciddi zərər dəyib.

Yağış səbəbindən yetişmiş sünbüllər torpağa yatıb və uzun müddət suda qaldığından cücərərək yararsız vəziyyətə düşüb. Bu da kombaynların həmin sahələrdə biçin aparmasını mümkünsüz edib və fermerlərə ciddi ziyan vurub.

Fermerlər növbəti illər üçün texnika sayını artırmağı hədəfləyirlər. Onların sözlərinə görə, sentyabrın əvvəllərində texnika çatışmazlığı olmasa, məhsul vaxtında yığıla bilər və bu cür problemlər minimuma enər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:45

Cəlilabadlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 05:44

Salyanda iki kəndin qəzalı məktəbləri ilə bağlı qərar verildi

Bütün xəbərlər
Dünən, 04:58

Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat

Bütün xəbərlər
Dünən, 04:07

Sabirabadlı iş adamı vəfat etdi

Bütün xəbərlər
Dünən, 03:04

Sabahın hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 02:00

Zəfər savaşına könüllü qatılan cəlilabadlı şəhidimiz

Bütün xəbərlər
Dünən, 01:00

Lənkəranda boşanmaq istəyən arvadını öldürənə HÖKM

Bütün xəbərlər
14 yanvar 2026, 23:55

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
14 yanvar 2026, 23:05

Lənkəranda qardaş qardaşı bıçaqlayıb

Bütün xəbərlər
14 yanvar 2026, 22:16

Lənkəranın kəndində yaşayış evi yanıb

Bütün xəbərlər
14 yanvar 2026, 06:19

Keçən il Azərbaycanda 50 minə yaxın şəxsi heyvan dişləyib

Bütün xəbərlər
14 yanvar 2026, 05:16

İmişli heyvan bazarının fəaliyyətinə icazə verilib

Bütün xəbərlər
14 yanvar 2026, 04:31

Cəlilabadda yanğın olub

Yollarda vəziyyət
14 yanvar 2026, 03:26

Təzə yenilənən yol, köhnə problem

Bütün xəbərlər
14 yanvar 2026, 01:51

Sabah hava yağıntılı olacaq

Bütün xəbərlər
14 yanvar 2026, 00:45

Biləsuvarlı partiya üzvləri ofisiantı döydülər - TƏFƏRRÜAT

Bütün xəbərlər
13 yanvar 2026, 23:23

Magistraturaya sənəd qəbulu elan edilib

Bütün xəbərlər
13 yanvar 2026, 22:40

Bu gün şəhid Kamran Fərəcovun doğum günüdür

Bütün xəbərlər
13 yanvar 2026, 05:30

Lənkəranda məktəbli bacı-qardaşı vuran sürücüyə hökm oxunub

Bütün xəbərlər
13 yanvar 2026, 04:30

Şagirdlərin elektron yerdəyişməsi üçün sənədlərin təqdimi bu gün başa çatır

Bütün xəbərlər
13 yanvar 2026, 03:42

Rayon məktəblərində distant təhsil sınaqdan keçirilir

Bütün xəbərlər
13 yanvar 2026, 02:40

Sabah hava necə olacaq?

Bütün xəbərlər
13 yanvar 2026, 01:27

Gömrükdə kələm yükündən narkotik aşkarlanıb

Bütün xəbərlər
13 yanvar 2026, 00:45

Biləsuvarda zəlzələ olub

Oxşar xəbərlər