Lənkəran rayonu M.Fərzullayev adına Mamusta kənd tam orta məktəbi istiliklə təmin olunmur.
Cenublu.az-a daxil olan məlumata görə, iki il əvvəl məktəbə istilik sistemi çəkilsə də, bu günə qədər istifadəyə verilməyib.
Cenublu.az-ın məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə göndərdiyi sorğu isə cavabsız qalıb.