top
Lənkəranda çərşənbə bazarlığı - balıq qiymətləri sabit qalıb, yoxsa artıb?
17 mart 2026, 16:56
- ↺ +

Lənkəranda çərşənbə bazarlığı - balıq qiymətləri sabit qalıb, yoxsa artıb?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda İlaxır çərşənbə hər il olduğu kimi, bu il də özünəməxsus adət-ənənələr və yüksək bayram əhvali-ruhiyyəsi ilə qeyd olunur. Bölgə sakinləri üçün bu gün sadəcə bayram hazırlığı deyil, həm də bolluq və ruzi-bərəkət rəmzidir. Qədim ənənəyə görə, İlaxır çərşənbə süfrəsində mütləq balıq yeməyinin, xüsusən də balıq ləvəngisinin olması vacibdir. Yerli inanclara görə, bayram süfrəsini bəzəyən balıq yeni ilin daha uğurlu və bərəkətli keçəcəyinə işarədir.

AZƏRTAC xəbər verir ki, bu səbəbdən Novruz bayramı yaxınlaşdıqca şəhərin balıq bazarında xüsusi canlanma müşahidə olunur. Səhər saatlarından etibarən bazara üz tutan sakinlər bayram süfrəsi üçün ən təzə məhsulları seçməyə çalışırlar. Satıcılar bildirirlər ki, son günlər alıcı sayında əhəmiyyətli artım var və xüsusilə yerli su hövzələrindən ovlanan balıqlara tələbat daha yüksəkdir.

Bazarda əsasən kütüm və sazan balıqları üstünlük təşkil edir. Bu balıqların qiymətlərində isə ötən günlərlə müqayisədə 3-4 manat artım var. Kütümün bir kiloqramı 20 manata, sazan 15 manata təklif olunur. 

Satıcı Ramiz Xamıyev bildirir ki, əvvəlki günlərlə müqayisədə balıq alanların sayı artıb: "Hər il olduğu kimi, İlaxır çərşənbə yaxınlaşanda bazarda böyük hərəkətlilik olur. Bu il bəzi növ balıqların azlığı qiymətlərə müəyyən qədər təsir etsə də, alıcılıq qabiliyyəti yüksəkdir. Satışdan razıyıq".

Bununla yanaşı, bazarda müəyyən qiymət sabitliyi də diqqət çəkir. Belə ki, bəzi növ balıqların qiyməti demək olar ki, stabil qalıb. Satıcıların sözlərinə görə, bazara çıxarılan məhsulun çeşidinin artması qiymətlərin kəskin bahalaşmasının qarşısını alır. Bu isə alıcılara büdcələrinə uyğun seçim etmək imkanı yaradır.

Sakinlər isə bildirirlər ki, qiymətlər bayram ərəfəsi üçün əlçatandır. Alıcı Mirzəhəsən Kərimovun sözlərinə görə, çərşənbə süfrəsində balığın olması mütləqdir: "Bizim evdə bu, dəyişməz adətdir. Qiymətlərdə bayramla əlaqədar cüzi artım hiss olunsa da, bazarda hər kəsin cibinə uyğun balıq tapmaq mümkündür".

Xatırladaq ki, Lənkəranda İlaxır çərşənbə süfrəsinin "şahı" sayılan balıq ləvəngisi təkcə dadı ilə deyil, həm də ifadə etdiyi bolluq mənası ilə bölgə mətbəxinin ən sevilən nümunələrindən biri hesab olunur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

22 oktyabr 2020-ci il: Vətən müharibəsinin 26-cı günü

İdman
Dünən, 18:00

Nəriman Axundzadə: "Azərbaycana qayıtmağı düşünmürəm"

Bütün xəbərlər
Dünən, 17:00

Vətən müharibəsi şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:49

Son bir həftədə Azərbaycanda 264 şübhəli şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:30

Arvadını odunla döyən astaralı barədə məhkəmə QƏRARI

Bütün xəbərlər
Dünən, 14:55

Samir Məmmədov: 16 yaşdan aşağı şəxslər üçün platformalarda fərdi hesabların yaradılması qadağan ediləcək

İqtisadiyyat
Dünən, 14:20

Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi – MƏBLƏĞ

Kriminal
Dünən, 13:45

Biləsuvarda məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib

İqtisadiyyat
Dünən, 13:05

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb

Bütün xəbərlər
Dünən, 12:35

Azərbaycanda məktəblərdə "TikTok"a çıxış məhdudlaşdırılıb

Bütün xəbərlər
Dünən, 12:00

Lənkəran sakinlərinin sahibsiz itlərdən ŞİKAYƏTİ

Bütün xəbərlər
Dünən, 11:15

Bu gecə meteor yağışı olacaq

Bütün xəbərlər
Dünən, 10:35

Sabah üç rayonda qaz olmayacaq

Kriminal
Dünən, 10:00

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: ölən var

Bütün xəbərlər
Dünən, 09:32

Cəlilabadlı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:05

21 oktyabr 2020-ci il: Vətən müharibəsinin 25-ci günü

Bütün xəbərlər
20 oktyabr 2026, 17:32

Azərbaycanda yeni dələduzluq üsulu: Süni intellektlə yaxınlarının səsini təqlid edirlər

Kriminal
20 oktyabr 2026, 16:20

Lənkəranda oğul paltaryuyan maşına görə anasını döydü

Bütün xəbərlər
20 oktyabr 2026, 15:40

Lənkəranın yetişdirdiyi sənər adamları

Bütün xəbərlər
20 oktyabr 2026, 15:00

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Bütün xəbərlər
20 oktyabr 2026, 14:15

Lənkəran çayının sahili zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
20 oktyabr 2026, 13:30

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
20 oktyabr 2026, 12:55

Sabah hava necə olacaq?

Oxşar xəbərlər