Professor Sinem İliaz həddindən artıq yuxu müddətinin ürək xəstəliyi, diabet və idrak qabiliyyətinin zəifləməsi kimi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirib.
Aztibb.az xəbər verir ki, böyüklər üçün ideal yuxu müddəti gündə 7 ilə 9 saat arasında hesab edilir. Ancaq bu müddətin müntəzəm olaraq aşılması metabolik pozğunluqlar, yuxu apnesi və zehni geriləmə kimi müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilir:
“Həddindən artıq yuxu – yuxu apnesi və hipersomniya, depressiya, immun sistemi xəstəlikləri, hormon balanssızlıqları, ürək-damar xəstəlikləri kimi bir çox xəstəliklə əlaqələndirilə bilər. Nəzarətsiz və uzun müddət yuxuya getmə orqanizmdə fərqli sağlamlıq problemlərinə yol aça bilər. Bu vəziyyətdə mütləq mütəxəssisə müraciət edilməlidir” .
Uzun müddət yatmağın Alzheymer və demensiya kimi zehni pozğunluqların, diabet və ürək xəstəliklərinin inkişaf riskini artıra biləcəyini deyən həkim həftə içi qeyri-kafi yatan fərdlərin həftə sonları çox yataraq bunu kompensasiya etməyə çalışması vərdişini pisləyib.