Yardımlı rayonu üzrə ümumilikdə 20 yaşayış məntəqəsində 3900 və Lerik rayonu üzrə 43 yaşayış məntəqəsində 4400 abonent qazsız qalacaq.
Cenublu.az xəbər verir ki, diametri 325 mm olan “Tüklə–Ordahal” yüksək təzyiqli magistral qaz kəmərinin 6,1-ci kilometrində korroziyaya uğramış 5 metrlik hissəsi dəyişdiriləcək. Bununla bağlı sabah, 25 iyun tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək adıçəkilən ərazilərdə qaz olmayacaq.