Saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.
Bu barədə Cenublu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Biləsuvarda 15 m/s-dək güclənir.
Dağlıq rayonlarda 19 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir.