Cəlilabad şəhərində 5 minə yaxın abonentə qazın verilməsində fasilələr yaranacaq.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, buna səbəb H.Əliyev prospektindən keçən orta təzyiqli qaz kəmərinin yerinin dəyişdirilməsi olacaq.
Bununla əlaqədar dekabrın 11-də saat 09:00-dan işlər başa çatanadək şəhərin H.Əliyev prospekti, Babək, Şəhriyar, S.Axundov, N.Nərimanov, Ş.Qurbanov, A.Azərtürk və Cavadxan küçələri olmaqla ümumilikdə 4800 abonentə qazın verilməsində məhdudiyyətlər tətbiq ediləcək.