Cəlilabad rayonunun 24 yaşayış məntəqəsinin qaz təchizatında fasilələr yaranacaq.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, rayonda yerləşən “Günəşli” qaz paylayıcı stansiyasında nasaz kürəvi kranın əvəzlənməsi və digər 2 ədəd kranların təmir edilməsi planlaşdırılır.
Bununla əlaqədar noyabrın 28-i saat 10:00-dan işlər başa çatanadək Günəşli, Alar, Sabirabad, Qarazəncir, Ocaqlı, Əliqasımlı, Bədirli, Babaxanlı, Üçtəpə, Cəfərxanlı, Təzəkənd, Gülməmmədli, Ətcələr, Məmmədcanlı, Adnalı, Şiləvəngə, Abışabad, İnili, Şabanlı, Qasımbəyli, Təklə, Abazallı, Babalı və Cəlayir kəndlərində ümumilikdə 11000 abonentə qazın verilməsində məhdudiyyətlər olacaq.