Cəlilabad rayonunda qazın verilişində məhdudiyyət yaranacaq.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, “Cəlilabad” qaz paylayıcı stansiyasında separatorun giriş xəttində siyirtmələrdə nasazlıqlar və qaz sızması aradan qaldırılacaq.
Bununla bağlı “Cəlilabad 1”, “Cəlilabad 2” və “Cəlilabad Sənaye” ölçü qovşaqlarından qidalanan 19 yaşayış məntəqəsi üzrə ümumilikdə 13200 abonentin qaz təchizatının sentyabrın 25-i saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.