Sabah Cəlilabad şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.
Cenublu.az Cəlilabad Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, aprelin 23-də saat 10:00 radələrindən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 1 500 abonentin (Heydər Əliyev prospektinin bir hissəsi, M.Hüseynzadə, Babək, Şəhriyar, S.Axundov, N.Nərimanov, Ş.Qurbanov, A.Azərtürk, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, Sabir və Cavadxan küçələri) “mavi yanacaq”la təchizatında fasilə yaranacaq.