Masallı rayonu ərazisində, qaz tənzimləyicisinin quraşdırılması ilə əlaqədar olaraq, “Tüklə” ölçü qovşağından qidalanan Boradigah qəsəbəsi, Bədəlan, Babaser, Tüklə kəndləri, eləcə də Türkoba kəndinin bir hissəsinin təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Cenublu.az xəbər verir ki, ümumilikdə təxminən 5200 abonenti əhatə edən məhdudiyyət bu gün saat 10:00-dan işlər yekunlaşana qədər qüvvədə olacaq.