Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun bir müddət öncə Təzəkənd kəndində keçirdiyi səyyar qəbul zamanı sakinlər tərəfindən şikayət və müraciətlər səsləndirilib.
Cenublu.az xəbər verir ki, vətəndaşlar kəndin mərkəzi hissəsindən keçən asfalt yolun bəzi hissələrində yaranmış çuxurların təmir olunması ilə bağlı müraciət ediblər. Məsələ yerində araşdırılıb və İcra başçısının müvafiq tapşırığı əsasında Biləsuvar rayon Yol İstismar İdarəsi tərəfindən yolun təmiri işləri həyata keçirilib.
Eyni zamanda Təzəkənd tam orta məktəbində quraşdırılmış istilik sisteminin fəaliyyətə başlaması üçün qaz sayğacının qoyulması və qaz xəttinin mərkəzi sistemə birləşdirilməsi ilə bağlı edilən müraciət əsasında Biləsuvar Qaz İstismar Sahəsi tərəfindən müvafiq işlər görülərək icra olunub.