Biləsuvar rayonunda 550 abonentinin qaz təchizatı dayandırılıb.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Arazbari kəndində internet xətti çəkən “AZK” şirkəti tərəfindən qazınti işi aparılarkən polietilen qaz xətti zədələnib. Bununla bağlı Səmədabad və Arazbarı kəndlərində qazın verilişində saat 10:40-dan başlayaraq fasilə yaranıb.