44 günlük Vətən müharibəsində şəhid olan Çərkəz Teyyublunun atası Vidadi Teyyubov vəfat edib.
Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Çərkəz Teyyublu 1996-cı il fevralın 1-də Lerik rayonunun Züvüc kəndində anadan olub. O, Füzuli və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub.
Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.