Lənkəran akasiyası Azərbaycanın endemik bitkisidir. O, həmçinin “İpək akasiya”, “Lənkəran albissiyası”, “Güləbrişin” və “İpək gülü” adı ilə də tanınır.
“Güləbrişin” fars dilindən tərcümədə “ipək gülü” deməkdir. Bu bitki Lənkəran zonasında geniş yayılıb. Lənkəran akasiyası, həmçinin Avropa, Aralıq dənizi ətrafında, Krım, Qafqazın Qara dəniz sahilində də bitir.
Bitkidən xalq təbabətində istifadə edirlər.
Araşdırmalar nəticəsində müəyyən olunub ki, beşillik akasiya ağacının orta hündürlüyü 1,2 metr, kök boğazından gövdəsinin diametri isə 4 santimetr təşkil edir. Münbit torpaqlarda 10 il müddətində 10-12 metr yüksəkliyə çatır. Quraqlığa davamlı hesab olunan bitki 4-5 yaşından sonra çiçəkləyir.
1989-cu ildə Lənkəran akasiyası Azərbaycanın “Qırmızı kitab”ına daxil edilib.