Astara rayonu ərazisində “Delta” internet şirkətinə məxsus texnikanın kabel çəkilişi zamanı aparılan qazıntı işləri nəticəsində Ərçivan QPS-dən qidalanan 315 mm diametrli PE qaz xətti zədələnib.
Cenublu.az xəbər verir ki, nəticədə Rüdəkənar, Süpəribağ, Məçitməhəllə, Qapçıməhəllə, Seləkaran kəndləri, eləcə də Astara şəhərinin Ə.Muxtarov küçəsində təbii qaz təchizatı dayandırılıb.