Astara rayonunda qazın verilişində fasilə yaranacaq.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Astarada yerləşən “Ərçivan” qaz paylayıcı stansiyada qaz tənzimləyici qurğunun və siyirtmələrin quraşdırılması üçün oktyabrın 23-ü saat 9.00-dan işlər başa çatanadək 19 yaşayış məntəqəsi olmaqla ümumilikdə 6400 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.