Astara rayonunun “Şahağacı” qaz paylayıcı stansiyasında istismarda olan metal qaz xəttinin üzərində yerləşən siyirtmədə aşkarlanmış qaz sızmasının aradan qaldırılması məqsədilə bir sıra yaşayış məntəqələrində qaz verilişi müvəqqəti olaraq dayandırılacaq.
Cenublu.az xəbər verir ki, təmir işləri 11 dekabr tarixdə saat 10:00-da başlanacaq və işlər başa çatana qədər davam edəcək. Bu səbəbdən Siyəkü, Vaqo, Niləşə, Binəbəy, Həsin, Lələkəpeştə, Şağlazüzə, Siyakeş, Şıxaməhəllə, Rinə, Pensər, Çayoba, Kakalos, Kolatan, Bala Şahağacı, Qamışoba, Şiyəkəran, Şahağacı, Təngərüd, Maşxan kəndlərinin, eləcə də Kijəbə qəsəbəsinin bir hissəsinin qaz təchizatı dayandırılacaq.
Belə ki, ümumilikdə 7 800 abonent müvəqqəti olaraq təbii qazdan məhrum olacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz verilişinin bərpası təmin ediləcək.