top
Azərbaycan SSR-nin Əməkdar artistinin doğum günüdür
09 fevral 2026, 09:00
- ↺ +

Azərbaycan SSR-nin Əməkdar artistinin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan SSR-nin Əməkdar artisti, xanəndə Cahan Talışinskayanın doğum günüdür. 

Cahan Rza qızı Talışinskaya 9 fevral 1909-cu ildə Lənkəran şəhərində anadan olub.

O, general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanımın qızıdır.

1918-ci ildə Cahan xanım ailəsi ilə Bakıya köçüb. O, 1927-ci ildən Bakı şəhərinin radio şəbəkəsində işləyib. Talışinskaya 1933-1936-cı illərdə "Şərq musiqi ansamblı"nın tərkibində Rusiyanın və Ukraynanın şəhərlərində qastrol səfərlərində olub. 1934-1942-ci illərdə Azərbaycan, 1942-1944-cü illərdə Özbəkistan Dövlət filarmoniyalarının solisti kimi çalışıb. O, 1939-cu ildə Moskvada Birinci Ümumittifaq müsabiqəsinin laureatı olub.

1930-cu illərdə Bakıya Əfqanistan şahı Əmənulla xan gəlib. Onun şərəfinə keçirilən konsertdə Cahan Talışinskaya çıxış edib. Konsertdən sonra şahın həyat yoldaşı minnətdarlıq əlaməti olaraq, Cahan xanıma qızıl qol saatı hədiyyə edib. Ertəsi gün Talışinskayanı NKVD-yə dəvət ediblər və saatı ondan alıblar. Bir gün sonra isə saatı qaytarıblar. Həmin saatın arxa tərəfində "Cahan Talışinskayaya Əmənulla xandan" sözləri yazılıb.

Talışinskaya 1940-cı illərdə Tbilisidə Azərbaycan Teatrında və Azərbaycan Musiqili Komediya Teatrında işləyib. Burada o, "Leyli və Məcnun", "Arşın mal alan", "Əsli və Kərəm" və s. tamaşaların baş rollarında çıxış edib.

Cahan xanım Cabbar Qaryağdı, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva kimi xanəndələr ilə konsert proqramlarında iştirak edib.

Talışinskaya xüsusi musiqi savadı olmadan pianinoda, tarda və bir çox başqa alətlərdə ifa edə bilirdi.

Cahan Talışinskaya 1 mart 1967-ci ildə Bakıda, pianinoda çalıb oxuduğu zaman iflic olaraq, dünyasını dəyişib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:53

Lənkəranlı şəhidimizin xatirəsi yad edilir

Bütün xəbərlər
Bu gün, 16:53

Lənkəranlı şəhidimizin xatirəsi yad edilir

İqtisadiyyat
Bu gün, 15:23

Azərbaycana 9 ayda 64,6 milyon dollarlıq çay idxal olunub

Kriminal
Bu gün, 14:30

Cəlilabadın kənd bələdiyyəsinin sədrinin şikayəti rədd edildi

Bütün xəbərlər
Bu gün, 12:24

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 11:26

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 09:42

Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib

Bütün xəbərlər
Bu gün, 00:05

24 oktyabr 2020-ci il: Vətən müharibəsinin 28-ci günü

Kriminal
Dünən, 17:56

Tiktoker "İsican" həbs edildi

Bütün xəbərlər
Dünən, 17:00

Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi

Bütün xəbərlər
Dünən, 16:13

Lerikdə yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkar olunub

Bütün xəbərlər
Dünən, 15:38

Lerikli JONY-də nadir xəstəlik aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:55

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:17

Salyanda mikroavtobus yanaraq kül oldu

Bütün xəbərlər
Dünən, 10:59

Neftçalada traktor velosipedçini vurub öldürdü

Bütün xəbərlər
Dünən, 09:38

Salyanda kişini cərəyan vurub öldürdü

Bütün xəbərlər
Dünən, 00:05

23 oktyabr 2020-ci il: Vətən müharibəsinin 27-ci günü

Bütün xəbərlər
22 oktyabr 2026, 18:00

Lənkəranda çay sahili zibilliyə çevrilib

Bütün xəbərlər
22 oktyabr 2026, 17:25

19 yaşlı şəhidimizin ad günüdür

Siyasət
22 oktyabr 2026, 16:58

Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? Təhlükəli yol, kəndlərin dərdi və korrupsiya işi – CENUBLU.AZ-in ARAŞDIRMASI

Cəmiyyət
22 oktyabr 2026, 16:11

Masallıda narkomaniyaya qarşı maarifləndirici aksiya təşkil olunub

Bütün xəbərlər
22 oktyabr 2026, 15:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
22 oktyabr 2026, 15:00

Salyanda 3 ildir yol problemi həll olunmur: ŞİKAYƏT

Oxşar xəbərlər