Salyanda şənliklərdən birində rəqs etmək üstündə dava olub.
Hadisə zamanı içkili vəziyyətdə olan iki şəxs arasında kimin rəqs edəcəyi ilə bağlı mübahisə yaranıb. Tərəflərdən birinin öz mahnısının səsləndirilməsini və rəqs etmək istədiyini bildirməsi ilə başlayan sözlü qarşıdurma davaya çevrilib.
Nəticədə əvvəllər məhkum olunmuş X.Verginov kəsici alətlə digər şəxsə müxtəlif dərəcəli xəsarətlər yetirib.
Polis tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən X.Verginov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Mənbə: lent.аz