Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Oktyabrın 31-i saat 22 radələrində Sabirabad rayonunun Çöl Beşdəli kəndinin ərazisində Vüqar Əliməmmədov idarə etdiyi "QAZ-31105" markalı avtomobillə yolu keçən Sabirabad rayonunun Çölbeşdəli kəndi sakini, 1961-ci il təvəllüdlü Məmmədov Yaşar Qubalı oğlunu vurub.
Piyada açıq kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirilib və ötən gecə orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.аz