Bu gün Vətən müharibəsi şəhidimiz – Mətləb Cəfərovun doğum günüdür.
Mətləb Məhəmməd oğlu Cəfərov 1977-ci il noyabrın 19-da Sabirabad rayonunun Nərimankənd kəndində dünyaya göz açıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Mətləb Vətən müharibəsində könüllü olaraq iştirak edib. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, 2020-ci il noyabrın 2-də Qubadlı istiqamətində ağır yaralanıb. 18 günlük koma vəziyyətindən sonra müalicə aldığı xəstəxanada şəhid olub.
"Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.