Lənkəranda Vətən müharibəsi şəhidi, Lənkəran şəhər UGİM-in sabiq direktoru Vüsal Kazımovun xatirəsinə həsr olunan ənənəvi boks turniri keçiriləcək.
Cenublu.az xəbər verir ki, VI Lənkəran-Astara regionunun açıq boks turnirində 2011–2012-ci il təvəllüdlü idmançılar rinqə çıxaraq qüvvələrini sınayacaqlar.
Yarış 18–20 noyabr tarixlərində baş tutacaq. Döyüşlər saat 15:00-dan etibarən Liman şəhərində yerləşən Cənub Regional Boks Mərkəzində keçiriləcək.