Cənubdan olan idmançılar sərbəst və yunan-Roma güləşi üzrə U-15 Azərbaycan birinciliyində yüksək nəticələr əldə ediblər.
Cenublu.az xəbər verir ki, turnir Gəncə İdman Sarayında baş tutub.
Belə ki, klassik güləşçilər Murad Nəcəfov (Astara, 57 kq, məşqçisi Nizami Axundov) və Tural Eynullayev (Masallı, 85 kq, məşqçisi Hüseyn Hüseynzadə) gümüş, yunan-Roma güləşçiləri Azər Teymurov (Masallı, 41 kq, məşqçisi Qismət Əkbərov) və Məhəmməd Musalı (Masallı, 38 kq, məşqçisi Orxan Məmmədli) bürünc medala layiq görülüblər.