top
Masallıdan olan güləşçimiz Arif Niftullayev qızıl medal qazanıb
21 iyun 2024, 01:19
- ↺ +

Masallıdan olan güləşçimiz Arif Niftullayev qızıl medal qazanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Masallıdan olan yunan-Roma güləşçimiz Arif Niftullayev qızıl medal qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 iyun tarixində verir.

Belə ki, Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multiidman oyunlarında o, 97 kq çəki üzrə birinci yeri tutub.

Qeyd edək ki, Niftullayev Arif Arif oğlu 21 aprel 1997-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. 2000-ci ildə, atası vəfat etdikdən sonra ailəsi ilə Bakı şəhərinə köçüb.

2008-ci ildən “Neftçi” idman klubunda məşqçi-müəllim Elnur Müzəffərovun rəhbərliyi ilə yunan-Roma güləşi üzrə məşqlərə başlayıb. İlk illərdə Bakı şəhər birinciliyinin, sonra isə Azərbaycan çempionatının qalibi olub. Müxtəlif vaxtlarda yeniyetmələr və gənclər arasında bu uğuru təkrarlayıb. Azərbaycan kubokunun sahibi, beynəlxalq turnirlərin qalibi olub.

2014-2016-cı illərdə yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət ölkə yığmasının tərkibində baş məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi ilə, sonra isə gənclərdən ibarət milli komandanın heyətində müxtəlif kateqoriyalı mötəbər yarışların mükafatlarını qazanıb.

2017-ci ildə böyüklərdən ibarət respublika yığma komandasına cəlb edilib. Dəfələrlə ölkə çempionu olub, Türkiyədə, İranda, Serbiyada, Gürcüstanda, MDB ölkələrində və digər yerlərdə keçirilən beynəlxalq turnirlərdə uğurlu nəticələr göstərib.

2019-cu ildə Moskva Humanitar-İqtisad Universitetini bitirib. 2019-cu ildən idman ustasıdır.

2022-ci il 10-18 sentyabr tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində təşkil olunan yunan-Roma güləşi üzrə dünya çempionatında 97 kiloqram çəki dərəcəsində bürünc medala sahib olub.

Bu yarışda 9 idmançı ilə təmsil olunan yığmamız yekunda 118 xalla (5 medal) komanda hesabında ikinci yeri tutub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
Bu gün, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
Bu gün, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
Bu gün, 13:25

İgid şəhidimizin ad günüdür

Cəmiyyət
Bu gün, 12:50

Doğma yurdu Astara olan məşhurları tanıyırsınız?

Kriminal
Bu gün, 12:20

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Kriminal
Bu gün, 11:50

Astarada gəlin qayınanasını döydü

Bütün xəbərlər
Bu gün, 11:20

Uşağın doğulmasına görə 1500 manat verilə bilər

Bütün xəbərlər
Bu gün, 11:00

Yol polisi dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

İqtisadiyyat
Bu gün, 10:25

Azərbaycan nefti 113 dollara ticarət olunur

Kriminal
Bu gün, 09:50

Lerikdə məktəbdə yeznəsinə xəsarət yetirən şəxs azadlığa buraxıldı

Bütün xəbərlər
Bu gün, 09:15

Astaralı şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 18:30

Cinayətkar birlik yaratmaq, xaricdəki qanunsuz quruma qoşulmaq istəyən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 18:00

Gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsinə büdcədən 89 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 17:15

Lənkəranın Göyşaban kəndində küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:35

Lənkəranın bu küçəsində sakinlər gölməçələrdən əziyyət çəkir - VIDEO

Bütün xəbərlər
Dünən, 15:50

İgid şəhidimizin xatirəsi anılır

İqtisadiyyat
Dünən, 15:11

Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir

Cəmiyyət
Dünən, 14:33

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Siyasət
Dünən, 14:00

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 13:30

Ən böyük arzusu Qarabağı azad görmək olan şəhidimiz

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Oxşar xəbərlər