Masallıdan olan güləşçi Əmrah Əmrahov Avropa çempionatının ikincisi olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyun tarixində verir.
Turnir Serbiyanın Novi Sad şəhərində baş tutub. Burada Əmrah Əmrahov yunanıstanlı Pavlos Tsentidisə və ermənistanlı Andranik Xaçatryana eyni hesabla (9:0) qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda o, isveçli Santoş Sarmalinqama 6:0 həsabı ilə qalib gəlib. Finalda isə rusiyalı Nikolay Kristova sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. O, U-17 Avropa çempionatında gümüş medala layiq görülüb.
Ə.Əmrahov Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı Uşaq-Gənclər İdman Məktəbinin yunan-Roma güləşi bölməsinin məşqçi-müəllimi Qismət Əkbərovun tələbəsidir.