Masallı və Lənkəran rayonlarını təmsil edən idmançılar döyüş idman növləri festivalında yüksək nəticələr əldə ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyun tarixində verir.
Belə ki:
- Rüfət Gəncizadə (Masallı) və Mircavad Cavadov (Lənkəran) 1-ci yerə;
- Soltan Gəncizadə (Masallı) və Samira Rufiyevа, Məhəmməd Axundzadə, Novruz Agayev, Əbəlfəz Qənbərli, Vəfadar Nuriyev (Lənkəran) 2-ci yerə;
- Ravin Şahbazov (Lənkəran) 3-cü yerə layiq görülüblər.
Masallıdan olan idmançıların məşqçi-müəllimi Mehti Əhmədov, Lənkərandan olan idmançıların məşqçi-müəllim isə Şakir Vəliyevdir.
Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub.