Cəlilabad UGİM-nin yetirməsi, yunan-Roma güləşçisi Ziya Babaşov (63 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Cenublu.az xəbər verir ki, təmsilçimiz startda isveçli Aleksander Vafaini mübarizədən kənarlaşdırıb – 3:1. Həmyerlimiz 1/4 finalda yunanıstanlı Marios Kapantaisə (10:2), yarımfinalda isə bolqarıstanlı Miroslav Emilova (8:0) tam üstünlüklə qalib gələrək adını finala yazdırıb.
Ziya bu gün həlledici görüşdə moldovalı Vitali Yeriomenkoyla qarşılaşacaq.