Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahında Olimpiya idman növləri üzrə açıq idman tədbiri baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyun tarixində verir.
Tədbirdə 210 nəfər idmançı iştirak edib. Burada Cəlilabad UGİM-in məşqçi-müəllimləri tərəfindən müxtəlif idman növləri (boks, ağırlıqqaldırma, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş və digər) üzrə nümunəvi çıxışlar nümayiş olunub.
İdman tədbiri Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunub.