top
Lənkəranlı aktrisa: “Teatrı kiməsə məcbur sevdirməyi düşünmürəm” – ÖZƏL MÜSAHİBƏ
06 dekabr 2024, 05:55
- ↺ +

Lənkəranlı aktrisa: “Teatrı kiməsə məcbur sevdirməyi düşünmürəm” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cenublu.az-ın əməkdaşı Lənkəran Dövlət Dram Teatrının aktrisası, aparıcı səhnə ustası, Prezident mükafatçısı Aynur Əhmədova ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Öncə özünüz haqqında qısa məlumat verin.

- 1975-ci il sentyabrın 17-də Lənkəran şəhərində anadan olmuşam. Orta təhsilimi Lənkəran şəhər 9 saylı məktəbdə almışam. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub, 1997-ci ildə həmin universitetin Mədəni-maarif işi fakültəsinin teatr kollektivinin rejissorluğu ixtisasını bitirdim.

Eyni zamanda 1996-1997-xi illərdə Akademik Milli Dram teatrında kütləvi səhnələrdə çıxış etdim. İlk dəfə bu teatrın səhnəsinə xalq artisti Azər Paşa Nemətovun quruluşunda xalq yazıçısı Elçinin “Ah Paris, Paris” komediyasında bir neçə epizodik rolla çıxmışam.

1998-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yüksək dərəcəli dram aktrisası kimi çalışıram. Ötən 26 il ərzində teatrda tamaşaya qoyulan dünya və Azərbaycan dramaturgiyası nümunələrindən 50-yə yaxın tamaşada müxtəlif səpkili rollar ifa etmişəm. 2023-2024-cü illərin Prezident mükafatçısıyam.

- Necə oldu ki, bu sahəyə marağınız yarandı?

- Uşaq yaşlarımdan hər zaman deyirdim: elə sənət seçməliyəm ki, gələcəkdə iş tapmaqda problem yaşamayım. Yəni işin mənə ehtiyacı olsun. Çünki rayonda incəsənət ixtisaslı kadrlara əvvəllər çox ehtiyac olurdu. Təxminən 10 yaşımdan teatrı sevmişəm. O dövrün mətbuatından, ədəbiyyatından teatr haqqında mütaliə edir, televiziya və radiodan daima teatr tamaşalarını izləyirdim.

- Ailənizdə incəsənətlə məşğul olan var?

- Ailəmdə incəsənətlə məşğul olan olmayıb.

- Həyatınızda hansı rolu ən yaddaqalan və əhəmiyyətli hesab edirsiniz?

- Bu günə qədər oynadığım bütün tamaşalarımı sevirəm. Çalışdığım rejissorlar və tərəf-müqabillərimin hər biri mənə əzizdir. Təbii ki, teatrda çalışdığım 26 il müddətində imtina etdiyim, sevmədən oynadığım rollar da olub. Lakin mənə həvalə olunan rola qarşı olduqca həssas və məsuliyyətliyəm. Məhz buna görə də fərqli olduğumu hiss etmişəm. Fərqli olduğumu da dəfələrlə mənə deyiblər.

- Sizcə, yaxşı bir aktyor olmaq üçün nə qədər təcrübə və təhsil lazımdır? Gənc aktyorlara hansı tövsiyələri verərdiniz?

- Deyirlər ki, aktyor olmaq üçün aktyor doğulmaq lazımdır. Amma mən deyərdim ki, aktyor olmaq üçün təmiz, şəffaf ürək, istedad və təhsil vacibdir. Təhsil də diplom xatirinə olmamalıdır. Aktyor hər gün mütaliə etməli, zəhmət çəkib, müxtəlif teatrlara gedib, tamaşaları izləməlidir. Daim inkişafda olmalı və öz üzərində işləməlidir. Hər dəqiqə “diplomum var”, yaxud da “mən də diplom alacağam” deyib, lovğalıq etməməlidir. Ümumiyyətlə aktyor paxıllıqdan uzaq olmalıdır. Aktyor həmkarlarını təkrarlamamalı və onların uğuruna ürəkdən sevinməyi bacarmalıdır.

- Aktyorlar maaşlarından narazıdırlar. Siz nə düşünürsünüz?

- Maaş məsələsi həmişə gündəmdə olub. Bu gün də var. Hər zaman da olacaq. Lakin mən hər zaman şükür edirəm. Ümumiyyətlə xarakterim elədir ki, maddi vəziyyət barədə danışmağı sevmirəm. Ən çətin anlarda belə susmağı üstün tuturam. Çünki mən aza qane olan insanam. Hər günümə şükürlər olsun.

- Teatrlarda rejissor çatışmazlığı olduğu deyilir. Siz bu barədə nə düşünürsünüz? Hazırda teatrınızda aktyor və ya rejissor çatışmazlığı varmı?

- Yeni mövsümün dörd ayı ərzində Lənkəran Dövlət Dram Teatrında beş tamaşanın premyerası olub. Bu, beş tamaşa və beş müxtəlif rejissor deməkdir. Və bu tamaşalarda teatrın bütün heyəti rol alır.

Rejissorlar sırasında dəvət olunmuşlar da var. Amma ümumilikdə teatrın peşəkar aktyora və rejissora həmişə ehtiyacı var.

- Teatrlara maraq, teatrlarımızın indiki səviyyəsi sizi qane edirmi?

- Mən ümumiyyətlə teatrı hər zaman sevmişəm. Çünki sevib seçdiyim sənətimlə məşğulam, yəni öz yerimdəyəm. Nə qədər ağır, çətin və məşəqqətli yollar keçsəm belə sevirəm. Teatrı kiməsə məcbur sevdirməyi də düşünmürəm.

Lənkəranda kifayət qədər tamaşaçılarımız olub. Bu gün də var və bundan sonra da olacaq.

- Teatrınızda nə kimi yeniliklər olacaq?

-Təbii ki, yeniliklər olacaq. Amma bu barədə nəsə demək mənim səlahiyyətimdə deyil.

Nəzrin Vahid

Son xəbərlər

Siyasət
Bu gün, 00:01

1 noyabr 2020-ci il: Vətən müharibəsinin 36-cı günü

Bütün xəbərlər
Dünən, 17:30

Sürücülərin nəzərinə - Görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 16:40

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Bütün xəbərlər
Dünən, 15:50

Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir

Bütün xəbərlər
Dünən, 15:10

Lənkəranda fermerlərə ağır zərbə: məhsul itkisi 90 faizə çatıb - VİDEO

Kriminal
Dünən, 14:35

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:00

Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Bütün xəbərlər
Dünən, 13:20

Noyabrın ilk günü hava necə olacaq?

Kriminal
Dünən, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 12:10

Lerikli şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 11:35

Dünən axtarışda olan 129 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:00

Cənubda FAKTİKİ HAVA

Kriminal
Dünən, 10:25

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu

İqtisadiyyat
Dünən, 09:50

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

Bütün xəbərlər
Dünən, 09:17

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

31 oktyabr 2020-ci il: Vətən müharibəsinin 35-ci günü

Bütün xəbərlər
30 oktyabr 2026, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
30 oktyabr 2026, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
30 oktyabr 2026, 16:20

Sabah hava necə olacaq?

Kriminal
30 oktyabr 2026, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
30 oktyabr 2026, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
30 oktyabr 2026, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
30 oktyabr 2026, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
30 oktyabr 2026, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Bütün xəbərlər
30 oktyabr 2026, 12:50

İtkin düşən 13 nəfər tapılıb

Bütün xəbərlər
30 oktyabr 2026, 12:15

Astarada tezyetişən naringinin yığımı aparılır - Qiymətlər 50 qəpikdən başlayır

Kriminal
30 oktyabr 2026, 11:40

"TikTok"da qadına "gül" göndərdi, interneti kəsən arvadını odunla döydü

Bütün xəbərlər
30 oktyabr 2026, 11:05

Cəlilabadda kişinin meyiti evinin həyətində tapıldı

Oxşar xəbərlər