top
Lənkəranlı aktrisa Münəvvər Kələntərlinin doğum günüdür
20 dekabr 2024, 05:00
- ↺ +

Lənkəranlı aktrisa Münəvvər Kələntərlinin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün lənkəranlı aktrisa Münəvvər Səməd qızı Kələntərlinin anadan olduğu gündür.

1912-ci ildə dekabrın 21-də Lənkəranda anadan olan Münəvvər xanım 17 yaşında böyük qardaşı, muğam və xalq mahnılarının ifaçısı Haşım Kələntərli ilə Bakıya gəlib. O, qardaşı ilə 1930-cu illərdə Azərbaycan radiosunun efirində səslənən bir çox konsert proqramında iştirak edib.

Bəstəkar Müslüm Maqomayev 1933-cü ildə Münəvvər xanımı operaya dəvət edib. Aktrisa əvvəlcə Opera Teatrında, daha sonra isə Musiqili Komediya Teatrında fəaliyyət göstərib.

Aktrisa 10-dan çox bədii filmdə (“Bakının işıqları”, “Bəxtiyar”, “Görüş”, “Qızmar günəş altında”, “Kölgələr sürünür” və s.), bir sıra qısametrajlı və sənədli filmlərdə çəkilib.

“O olmasın, bu olsun” filminin çəkilişi zamanı yengə (Münəvvər xanım) qapının açar deşiyindən baxmağa çalışır. Qəflətən qapı açılır və aktrisa yerə yıxılır. Həmin vaxt Münəvvər xanımın barmağı sınır, qışqırtısı da çox təbii və təsirli alınır.

Aktrisa 1945-ci ildə “Arşın mal alan” filmində çəkilib. Kələntərlinin yaratdığı Cahan xala obrazına görə o, SSRİ Dövlət mükafatına layiq görülüb.

Münəvvər Kələntərli kinostudiyada ən peşəkar aktrisalardan biri sayılırdı. Xalq artisti Adil İsgəndərov ona belə demişdi: “Mina, bu camaat ən çox səninlə istirahət edir”.

Münəvvər xanım 1953-cü ildə “Vətən” kinoteatrına direktor müavini təyin olunub.

Münəvvər xanım 25 yaşında ailə qurub və Validə adlı qızı dünyaya gəlib. Lakin sonradan həyat yoldaşının Bakıdan köçmək istəyinə görə, onlar ayrılırlar. Aktrisa “Mən sənətimi atıb, heç yerə gedə bilmərəm”, - deyib qızı ilə birgə Bakıda qalır.

Münəvvər Kələntərli 5 fevral 1963-cü ildə 51 yaşında vəfat edib. 

Hazırda xanımın Lənkəranda yaşadığı evinə xatirə lövhəsi vurulub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:50

Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir

Bütün xəbərlər
Bu gün, 15:10

Lənkəranda fermerlərə ağır zərbə: məhsul itkisi 90 faizə çatıb - VİDEO

Kriminal
Bu gün, 14:35

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 14:00

Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Bütün xəbərlər
Bu gün, 13:20

Noyabrın ilk günü hava necə olacaq?

Kriminal
Bu gün, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 12:10

Lerikli şəhidimizin xatirəsi anılır

Kriminal
Bu gün, 11:35

Dünən axtarışda olan 129 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 11:00

Cənubda FAKTİKİ HAVA

Kriminal
Bu gün, 10:25

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu

İqtisadiyyat
Bu gün, 09:50

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

Bütün xəbərlər
Bu gün, 09:17

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

31 oktyabr 2020-ci il: Vətən müharibəsinin 35-ci günü

Bütün xəbərlər
Dünən, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:20

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
Dünən, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
Dünən, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
Dünən, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
Dünən, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 12:50

İtkin düşən 13 nəfər tapılıb

Bütün xəbərlər
Dünən, 12:15

Astarada tezyetişən naringinin yığımı aparılır - Qiymətlər 50 qəpikdən başlayır

Kriminal
Dünən, 11:40

"TikTok"da qadına "gül" göndərdi, interneti kəsən arvadını odunla döydü

Oxşar xəbərlər