top
Lənkərandan olan dünya gözəli seçilmiş ilk azərbaycanlı qadını tanıyaq
20 oktyabr 2024, 06:20
- ↺ +

Lənkərandan olan dünya gözəli seçilmiş ilk azərbaycanlı qadını tanıyaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sona Nağı bəy qızı Mehmandarova 1894-cü ildə (1896) Lənkəran şəhərində anadan olub. O, AXC-nin ilk hərbi naziri Səməd bəy Mehmandarovun qardaşı qızı idi.

Mehmandarova ev təhsili alaraq, fransız və rus dillərini öyrənib. Daha sonra o, gimnaziyada oxuyub.

Sona xanım atası öldürüldükdən sonra Bakıya köçüb. Xanım 1912-ci ildə Bakıda “Obşestvennoye sobraniye” (hazırda Azərbaycan Dövlət Filarmoniyası) binasında təşkil edilən gözəllik müsabiqəsinə qoşulur. Münsiflər heyəti “təbii gözəlliyini qoruyub saxlamış, zərif və nəcib görkəmli əyalət qızını” qalib elan edir və o, Tiflisdəki gözəllik müsabiqəsinə dəvət alır. Tiflisdə Sona xanım “Qafqaz incisi” adını qazanır və Sankt-Peterburqda keçiriləcək “Miss Rusiya” müsabiqəsinə yollanır. Xanım orada da birincilik qazanır və qiymətli tac əldə edir.

Sona xanım 1912-ci ildə Parisdə “Dünya gözəli” final müsabiqəsinə qatılır. O, “Dünya gözəli” titulunu - “Qran-Pri”ni qazanır. Həmin zaman Sona xanımın şəkilləri Paris qəzet və jurnallarında, həmçinin dünya mətbuatında da çap olunur. Sona Mehmandarova dünya gözəli seçilmiş ilk azərbaycanlı qadındır.

Sona xanım bu müsabiqədən aldığı yüksək pul mükafatı ilə Sankt-Peterburqda bir mülk alır.

Müsabiqədən bir il sonra o, əslən dağıstanlı olan Uruzovla ailə qurur. Lakin onların övladı olmur və 1917-ci ildə Rusiyadakı hadisələr nəticəsində ailə müflisləşir.

Publisist N.Əbdülrəhmanlı öz məqaləsində yazıb: “...Sona xanım Mehmandarova ötən əsrin 20-ci illərində Moskvada yaşayıb. Güman ki, yaşayış yerini dəyişməsində yaxın münasibətdə olduğu RSFSR-in maarif naziri Anatoli Lunaçarskinin himayəsi başlıca rol oynayıb. Çünki “qara siyahı”ya düşmüş Mehmandarovların soyuna mənsub olmaq həmin dövrdə ciddi təhlükə idi”. Deyilənlərə görə, 1930-cu illərdə Sona xanım izini itirmək üçün bütün sənədlərini və şəkillərini yandırıb.

Mehmandarova Bakıya bir də yarım əsrdən sonra - 1966-cı ildə qayıtdı. Onun qohumlarının dediklərinə əsasən, bir gün xanımın halı pisləşdiyindən, ona “təcili yardım” çağırıblar. O vəziyyətdə Sona xanım güzgü və kosmetika istəyib, həkimlərin qarşısına səliqəli görkəmdə çıxıb.

Sona xanım 1971-ci ildə Bakı şəhərində vəfat edib və orada dəfn olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
Bu gün, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
Bu gün, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
Bu gün, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
Bu gün, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
Bu gün, 13:25

İgid şəhidimizin ad günüdür

Cəmiyyət
Bu gün, 12:50

Doğma yurdu Astara olan məşhurları tanıyırsınız?

Kriminal
Bu gün, 12:20

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Kriminal
Bu gün, 11:50

Astarada gəlin qayınanasını döydü

Bütün xəbərlər
Bu gün, 11:20

Uşağın doğulmasına görə 1500 manat verilə bilər

Bütün xəbərlər
Bu gün, 11:00

Yol polisi dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

İqtisadiyyat
Bu gün, 10:25

Azərbaycan nefti 113 dollara ticarət olunur

Kriminal
Bu gün, 09:50

Lerikdə məktəbdə yeznəsinə xəsarət yetirən şəxs azadlığa buraxıldı

Bütün xəbərlər
Bu gün, 09:15

Astaralı şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 18:30

Cinayətkar birlik yaratmaq, xaricdəki qanunsuz quruma qoşulmaq istəyən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 18:00

Gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsinə büdcədən 89 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 17:15

Lənkəranın Göyşaban kəndində küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:35

Lənkəranın bu küçəsində sakinlər gölməçələrdən əziyyət çəkir - VIDEO

Bütün xəbərlər
Dünən, 15:50

İgid şəhidimizin xatirəsi anılır

İqtisadiyyat
Dünən, 15:11

Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir

Cəmiyyət
Dünən, 14:33

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Oxşar xəbərlər