SON XƏBƏRLƏR

Bir çox mənbələr Səməd bəy Mehmandarovun 1855-ci ildə Lənkəranda anadan
olduğunu iddia edir, lakin Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi
Firudin Şuşinskinin “Şuşa” kitabında onun 1856-cı ildə Şuşada anadan olduğu
deyilir. Eyni zamanda, Mehmandarovlar ailəsinin 1840-cı illərdə, Səmədin
doğulmasından əvvəl Şuşadan Lənkərana köçdüyü məlumdur. Mehmandarov
soyadının özü Səməd bəyin əcdadlarının vəzifələrinin adından gəlir. Onlar
mehmandar idilər, yəni Qarabağ xanının sarayında qonaq və məmurları qəbul
edirdilər.

Səməd bəy gənc yaşlarından hərbiçi olmaq istəyirdi. 1875-ci ildə Sankt-
Peterburqun hərbi artilleriya məktəbini bitirib. 1904-cü ildə Rus-Yapon müharibəsi
zamanı Port Arturun (indiki Çinin Lyuşunkou bölgəsi) müdafisdində bir ilə yaxın
iştirak edib. Qəhrəmanlığına görə Mehmandarov IV dərəcəli Georgi ordeni ilə
təltif edilib və general-mayor rütbəsinə ucalıb.

1914-cü ildə Birinci Dünya Müharibəsi zamanı Mehmandarov Avstriya-Alman
cəbhəsində Lodz (indiki Polşanın ən böyük şəhərlərindən biri) şəhərinin
müdafiəsi uğrunda vuruşub. Qəhrəmanlığına görə artilleriya generalı təyin olunub
və brilyantla bəzədilmiş qızıl qılıncla təltif edildi. 25 dekabr 1918 ildə Azərbaycan
Demokratik Respublikasının müdafiyə naziri vəzifəsinə təyin edilib.

Səməd bəy Mehmandarov 12 fevral 1931-ci ildə Bakıda vəfat edib. Çemberkənd
qəbiristanlığında (indiki Şəhidlər Xiyabanı) dəfn edilib. Sovet dövründə generalın
məzarının yeri itirilib.

Mənbələr:

  1. [Фирудин Шушинский. “Шуша”. БАКУ-1968 г.]
  2. [Залесский К.А. Кто был кто в первой мировой войне. Биографический энциклопедический словарь. М., 2003.]
  3. http://hrono.ru/biograf/bio_m/mehmendarov.php
  4. http://www.grwar.ru/persons/person/185
  5. Э. Э. Исмаилов. Мехмандаров Самед-бек.
  6. Азербайджанская Демократическая Республика (1918-1920). Документы и материалы. Баку-1998.

 

Masallı Gənclər Evi
Sizi maraqlandıran

Masallı: “Qarabağ Azərbaycandır” mövzusunda rəsm müsabiqəsi

Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin inzibati binasında “Qarabağ Azərbaycandır” mövzusunda rəsm müsabiqəsi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 oktyabr tarixində verir. Gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədilə keçiriləcək

Foto açıq mənbələr
Aktual

Tarix yazan müəllimlərimizi tanıyaq

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Cenublu.az Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman müəllimlər haqda məlumat verir.