Lənkəran şəhərində ləvəngi festivalı keçiriləcək.
Cenublu.az Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir ki, I Ləvəngi Festivalı Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Lənkəran şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Lənkəran şəhər Heydər Əliyev adına xatirə parkında baş tutacaq.
Dekabrın 5-də saat 11:00-da başlayacaq festivala hər kəs dəvətlidir.