top
Lənkəran teatrının aktyoru: “Arif Quliyevin komediyaları məni bu sənətə gətirdi” - ÖZƏL MÜSAHİBƏ
09 oktyabr 2024, 04:30
- ↺ +

Lənkəran teatrının aktyoru: “Arif Quliyevin komediyaları məni bu sənətə gətirdi” - ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın istənilən guşəsində incəsənətə, o cümlədən teatr sənətinə böyük hörmətlə yanaşılır.  Lənkəran rayonu da mədəniyyəti və incəsənəti ilə seçilən bölgələrdən biridir. Səhnə ilə yaşayanlar da həmişə diqqət mərkəzində olur, onlara böyük məhəbbət və qayğı göstərilir. Belə şəxslərdən biri də Lənkəran rayonunun Mamusta kənd sakini, Lənkəran Dövlət Dram Teatrının aktyoru Emin Fərzullayevdir. Cenublu.az-ın əməkdaşı onunla həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Emin bəy, özünüz haqqında qısa məlumat verməyinizi istərdim.

- 1983-cü il yanvarın 14-də Lənkəran rayonunun Mamusta kəndində dünyaya göz açmışam. Bakı Mədəni Maarif texnikumunda kulturologiya və bədii yaradıcılıq ixtisası üzrə təhsil almışam. 1999-cu ildən Lənkəran Dövlət Dram Teatrında aktyor kimi çalışıram. Hazırda Lənkəran Dövlət Dram Teatrında bədii quruluş hissə müdiri vəzifəsində fəaliyyət göstərirəm. Bu günə qədər 80-dən çox tamaşalarda oynamışam.

- Necə oldu ki, bu sahəyə marağınız yarandı?

- Aktyor olmaq uşaqlıq arzum idi. 6-cı sinifdə oxuyurdum. Həvəs getdikcə sevgiyə çevrildi. Ən çox da dahi sənətkar rəhmətlik Arif Quliyevin komediyaları məni aktyor olmağa həvəsləndirdi.

- Ailənizdə incəsənətlə məşğul olan var?

- Ailəm və qohumlarım arasında incəsənətlə məşğul olan yoxdur. Təkcə mənim incəsənətə yüksək marağım var.

- Teatrlarda rejissor çatışmazlığı olduğu deyilir. Siz nə düşünürsünüz?

- Bəli, bu gün təəssüf ki, teatrlarda rejissor azlığı müşahidə edilir. Bizim teatrda Anar Babalı, Emil Əsgərov kimi savadlı rejissorlarımız var. Yeni müdirimiz Laləzar xanım da rejissordur.

- Lənkəran Dövlət Dram Teatrında nə kimi problemlər?

- Əvvəllər xeyli problemlərimiz olub. Yeni təyin edilən müdirimiz onların həlli istiqamətində işlər həyata keçirir. İnanırıq ki, bütün problemlərimiz aradan qalxacaq.

- Hazırda teatrınızda aktyor və ya rejissor çatışmazlığı varmı?

- 10 il bundan öncə aktyor və rejissor çatışmazlığından əziyyət çəkirdik. Hazırda hər şey qaydasındadır. Bir çox problemlər öz həllini tapıb.

- Teatrlara maraq, teatrlarımızın indiki səviyyəsi sizi qane edirmi?

- Teatrlara əvvəllər daha çox maraq olub. Sonra bir qədər azaldı. İndi də normaldır. Ali dərəcədə hesab etmirəm. Düşünürəm ki, indi hər şey qaydasına düşür.

- Teatr aktyorları maaşdan şikayətlənirlər. Nə qədər qazanc əldə edirsiniz?

- Qazancımız normaldır. Hər kəsin öz fikri var. Qazanc deyəndə, biz 500-800 manat arası maaş alırıq. Bu da ki, təqribən orta aylıq əmək haqqı qədərdir.

- Lənkəran Dövlət Dram Teatrında nə kimi yeniliklər olacaq?

- Bizdə yenilik çoxdur. Yeniliklərə daima açığıq. Bu günlərdə teatrımızda paralel olaraq 6 tamaşanın məşqi gedir.

Nəzrin Vahid

[URIS id=67173]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:19

Lerikli şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

2 noyabr 2020: Vətən müharibəsinin 37-ci günü

Siyasət
Dünən, 00:01

1 noyabr 2020-ci il: Vətən müharibəsinin 36-cı günü

Bütün xəbərlər
31 oktyabr 2026, 17:30

Sürücülərin nəzərinə - Görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər
31 oktyabr 2026, 16:40

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Bütün xəbərlər
31 oktyabr 2026, 15:50

Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir

Bütün xəbərlər
31 oktyabr 2026, 15:10

Lənkəranda fermerlərə ağır zərbə: məhsul itkisi 90 faizə çatıb - VİDEO

Kriminal
31 oktyabr 2026, 14:35

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
31 oktyabr 2026, 14:00

Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Bütün xəbərlər
31 oktyabr 2026, 13:20

Noyabrın ilk günü hava necə olacaq?

Kriminal
31 oktyabr 2026, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Bütün xəbərlər
31 oktyabr 2026, 12:10

Lerikli şəhidimizin xatirəsi anılır

Kriminal
31 oktyabr 2026, 11:35

Dünən axtarışda olan 129 nəfər saxlanılıb

Bütün xəbərlər
31 oktyabr 2026, 11:00

Cənubda FAKTİKİ HAVA

Kriminal
31 oktyabr 2026, 10:25

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu

İqtisadiyyat
31 oktyabr 2026, 09:50

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

Bütün xəbərlər
31 oktyabr 2026, 09:17

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

31 oktyabr 2020-ci il: Vətən müharibəsinin 35-ci günü

Bütün xəbərlər
30 oktyabr 2026, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
30 oktyabr 2026, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
30 oktyabr 2026, 16:20

Sabah hava necə olacaq?

Kriminal
30 oktyabr 2026, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
30 oktyabr 2026, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
30 oktyabr 2026, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
30 oktyabr 2026, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
30 oktyabr 2026, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Bütün xəbərlər
30 oktyabr 2026, 12:50

İtkin düşən 13 nəfər tapılıb

Bütün xəbərlər
30 oktyabr 2026, 12:15

Astarada tezyetişən naringinin yığımı aparılır - Qiymətlər 50 qəpikdən başlayır

Oxşar xəbərlər