top
Əfqanıstan şahının qızıl saat hədiyyə etdiyi Cahan Talışinskaya
27 oktyabr 2024, 03:03
- ↺ +

Əfqanıstan şahının qızıl saat hədiyyə etdiyi Cahan Talışinskaya

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cahan Rza qızı Talışinskaya 9 fevral 1909-cu ildə Lənkəran şəhərində anadan olub.

O, general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanımın qızı idi.

"Qubanın ağ alması", "Uca dağlar", "Dəli Ceyran", "Kürdün gözəli" kimi bir çox xalq mahnılarını ilk dəfə Cahan Talışinskaya ifa edib. Müğənninin oğlu Nazim Hacıbəyovun xatirələrinə görə, Cahan xanım bu mahnıların bəzilərini ucqar dağ rayonlarında, çay qırağında paltar yuyan qadınlardan eşidərək yazıb. Onun ifa etdiyi "Qatar", "Şahnaz", "Segah", "Bayatı-Şiraz" və "Qarabağ şikəstəsi" radionun qızıl fonduna daxil edilib.

1918-ci ildə Cahan xanım ailəsi ilə Bakıya köçüb. O, 1927-ci ildən Bakı şəhərinin radio şəbəkəsində işləyib. Talışinskaya 1933-1936-cı illərdə “Şərq musiqi ansamblı”-nın tərkibində Rusiyanın və Ukraynanın şəhərlərində qastrol səfərlərdə olub. 1934-1942-ci illərdə Azərbaycan, 1942-1944-cü illərdə Özbəkistan Dövlət filarmoniyalarının solisti kimi çalışıb. O, 1939-cu ildə Moskvada Birinci Ümumittifaq müsabiqəsinin laureatı olub.

1930-cu illərdə Bakıya Əfqanistan şahı Əmənulla xan gəlib. Onun şərəfinə keçirilən konsertdə Cahan Talışinskaya çıxış edib. Konsertdən sonra şahın həyat yoldaşı minnətdarlıq əlaməti olaraq, Cahan xanıma qızıl qol saatı hədiyyə edib. Ertəsi gün Talışinskayanı NKVD-yə dəvət ediblər və saatı ondan alıblar. Bir gün sonra isə saatı qaytarıblar. Həmin saatın arxa tərəfində "Cahan Talışinskayaya Əmənulla xandan" sözləri yazılıb.

Talışinskaya 1940-cı illərdə Tbilisidə Azərbaycan Teatrında və Azərbaycan Musiqili Komediya Teatrında işləyib. Burada o, "Leyli və Məcnun", "Arşın mal alan", "Əsli və Kərəm" və s. tamaşaların baş rollarında çıxış edib.

Cahan xanım Cabbar Qaryağdı, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva kimi xanəndələr ilə konsert proqramlarında iştirak edib.

Talışinskaya xüsusi musiqi savadı olmadan pianoda, tarda və bir çox başqa alətlərdə ifa edə bilirdi.

Cahan Talışinskaya 1 mart 1967-ci ildə Bakıda, pianoda çalıb-oxuduğu zaman iflic olaraq, dünyasını dəyişib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
Bu gün, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
Bu gün, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
Bu gün, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
Bu gün, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
Bu gün, 13:25

İgid şəhidimizin ad günüdür

Cəmiyyət
Bu gün, 12:50

Doğma yurdu Astara olan məşhurları tanıyırsınız?

Kriminal
Bu gün, 12:20

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Kriminal
Bu gün, 11:50

Astarada gəlin qayınanasını döydü

Bütün xəbərlər
Bu gün, 11:20

Uşağın doğulmasına görə 1500 manat verilə bilər

Bütün xəbərlər
Bu gün, 11:00

Yol polisi dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

İqtisadiyyat
Bu gün, 10:25

Azərbaycan nefti 113 dollara ticarət olunur

Kriminal
Bu gün, 09:50

Lerikdə məktəbdə yeznəsinə xəsarət yetirən şəxs azadlığa buraxıldı

Bütün xəbərlər
Bu gün, 09:15

Astaralı şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 18:30

Cinayətkar birlik yaratmaq, xaricdəki qanunsuz quruma qoşulmaq istəyən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 18:00

Gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsinə büdcədən 89 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 17:15

Lənkəranın Göyşaban kəndində küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:35

Lənkəranın bu küçəsində sakinlər gölməçələrdən əziyyət çəkir - VIDEO

Bütün xəbərlər
Dünən, 15:50

İgid şəhidimizin xatirəsi anılır

İqtisadiyyat
Dünən, 15:11

Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir

Cəmiyyət
Dünən, 14:33

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Oxşar xəbərlər