top
Cavidan Novruz üzr istədi: “Azərin vəfatından sonra anladım ki…” - VİDEO
14 yanvar 2025, 04:30
- ↺ +

Cavidan Novruz üzr istədi: “Azərin vəfatından sonra anladım ki…” - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biləsuvardan olan Xalq artisti Ramiz Novruzun oğlu aktyor Cavidan Novruz ayrıldığı “Komedixana”nın layihə rəhbəri Ənvər Abbasovdan üzr istəyib.

Cenublu.az xəbər verir ki, aktyor bu barədə “Instagram” səhfəsində bildirib. O, atası, mərhum Xalq artisti Ramiz Novruzun səsli müsahibəsinin fonunda Ənvər Abbasovla birgə fotosunu paylaşaraq, qeyd edib:

“Dostlar, bu səs mənim atam, xalq artisti mərhum Ramiz Novruzun səsidir. Ola bilsin ki, atam həmin müsahibəni tamamilə başqa mövzuda verərkən özü də bilməyib ki, bu sözləri ilə mənə bir məsləhət verib. Demək istədiyim budur ki, dostlar, qardaşlar arasında inciklik ola bilər. Amma vacibdir ki, bu inciklik heç vaxt gərəksiz kinə və düşmənçiliyə çevrilməsin. Allaha çox şükür, biz elə insanlar deyilik.

Mərhum dostumuz Azər Baxşəliyevin vəfatından sonra bir şeyi dərk etdim: həyat, həqiqətən, mənasız və boşdur. Bugündən sabaha heç bir zəmanət yoxdur. Hər şeyi mənim çılğınlığıma və səbirsizliyimə buraxın. O vaxt yaşanan incikliyimdə əslində Ənvərin heç bir günahı olmayıb. Çünki o, mənə nədənsə etiraz etmişdi, lakin eyni zamanda uyğun bir alternativ təklif etmişdi. Sadəcə olaraq, mənim əsəbi halım və unutqanlığım səbəbindən bunu nəzərə almadım. Verdiyim müsahibədə nə danışmışdımsa, onu da yayımlayıblar. Orada heç bir montaj olmayıb.

Bu məsələdə yalnız mənim günahım olub, başqa heç kimin. Hadisə bir tərəfli görünürdü, haqq mənim tərəfimdə kimi təsvir edilirdi. Amma Ənvərin də öz mövqeyində haqlı olduğu məqamlar var idi. Buna görə də bu hadisəni sadəcə bir anlaşılmazlıq kimi görürəm. Öz adımdan Ənvəri sevən tamaşaçılardan və hər birinizdən üzr istəyirəm. Sizdən xahiş edirəm ki, bu məsələdə heç kimi qınamayasınız və bu söhbətləri genişləndirib qınaq obyektinə çevirməyəsiniz.

Mən kişi oğluyam. Səhvim varsa, boynuma alıram, üzr istəyirəm və bunu etməyə davam edəcəyəm. Bu mənim vicdanımın tələbidir. İnanın ki, iki dünya bir olsa belə, heç bir aktyor açıq şəkildə belə bir paylaşım etməzdi. Bundan sonra dostluğumuz və qardaşlığımız qaldığı yerdən davam edəcək. Mən 6 il ərzində “Komedixana” layihəsindən evimə çörək aparmışam.

Bir daha tamaşaçılardan və Ənvərdən üzr istəyirəm. Bilirəm ki, Ənvər bu paylaşımıma qəzəblənə bilər, amma vicdanım buna göz yuma bilməzdi. Hamınızı sevirəm”.

Cavidan Novruz bir neçə ay əvvəl verdiyi müsahibədə “Komedixana”dan ayrılma səbəbini izah edib. O, mayın 25-də atasının ad günü olduğunu və həmin gün Akademik Milli Dram Teatrında atası üçün xatirə gecəsi keçirildiyini bildirib. Bu haqda əvvəlcədən xəbərsiz olduğunu, konsert üçün “icazə istəyərkən Komedixana”nın layihə rəhbərinin atası üçün keçiriləcək tədbirdə iştirak etməsinə icazə vermədiyini söyləyib. Cavidan həmin anda hər şeyi bitirdiyini, amma düşmənçiliklə yox, dostluqla ayrıldığını vurğulayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
Bu gün, 16:20

Sabah hava necə olacaq?

Kriminal
Bu gün, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
Bu gün, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
Bu gün, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
Bu gün, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
Bu gün, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 12:50

İtkin düşən 13 nəfər tapılıb

Bütün xəbərlər
Bu gün, 12:15

Astarada tezyetişən naringinin yığımı aparılır - Qiymətlər 50 qəpikdən başlayır

Kriminal
Bu gün, 11:40

"TikTok"da qadına "gül" göndərdi, interneti kəsən arvadını odunla döydü

Bütün xəbərlər
Bu gün, 11:05

Cəlilabadda kişinin meyiti evinin həyətində tapıldı

İqtisadiyyat
Bu gün, 10:26

ŞAD XƏBƏR: Maaşınızı istənilən bankdan ala biləcəksiniz

Bütün xəbərlər
Bu gün, 09:55

Elman Nəsirovun keçmiş arvadı olduğu iddia edilən qadın dispanserə yerləşdirildi

Bütün xəbərlər
Bu gün, 09:17

Masallı və Salyanda qaz kəsiləcək

Bütün xəbərlər
Bu gün, 00:01

30 oktyabr 2020-ci il: Vətən müharibəsinin 34-cü günü

Kriminal
Dünən, 17:38

Ötən illərdən bağlı qalmış 294 cinayət açılıb, axtarışa verilənlərin 87,2 faizi tutulub

Bütün xəbərlər
Dünən, 17:00

Şəhid Emil Qurbanovun anım günüdür

Bütün xəbərlər
Dünən, 16:15

Masallıda Zəfər Gününə həsr olunan yarımarafon keçiriləcək

Bütün xəbərlər
Dünən, 15:30

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 14:50

İmişlili kolluqda gizlənmək istəyən həmyerlisini güllələdi — MƏHKƏMƏ

Cəmiyyət
Dünən, 14:10

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

6 ildə həbsxanalarda doğulan uşaqların SAYI

Bütün xəbərlər
Dünən, 12:20

Cəlilabadlı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 11:45

Masallıda avtoqəza: ölən var

Bütün xəbərlər
Dünən, 11:10

Lənkəranın bu küçəsində sakinlər palçıq içində qalıb - VİDEO

Kriminal
Dünən, 10:30

Lerikdə əsgərlikdən qayıdan gənc 200 min manatlıq təzminat tələb edir

Oxşar xəbərlər