top
Bu gün “pələng kimi sürətli kəşfiyyatçı” Ziya Bünyadovun doğum günüdür
21 dekabr 2024, 03:08
- ↺ +

Bu gün “pələng kimi sürətli kəşfiyyatçı” Ziya Bünyadovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astaralı tarixçi və şərqşünas alim Ziya Bünyadov 21 dekabr 1923-cü ildə Astara şəhərində anadan olub.

Bünyadov 1941-ci ildə Böyük Vətən müharibəsinə yollanıb. Həmin ildən müharibənin sonuna qədər o, rota komandiri vəzifəsini tutub. Bünyadov müharibədə Qafqaz, həmçinin Ukrayna, Moldova, Belarus, Polşa uğrunda gedən döyüşlərdə vuruşub. Bundan əlavə, o, Berlin Strateji Hücum əməliyyatında iştirak edib.

Bünyadov haqqında 1942-ci ildə “Qırmızı ulduz” jurnalında yazılıb: “Pələng kimi sürətli kəşfiyyatçı Ziya Bünyadov inanılmaz şəraitdə düşmənin sayı, silah-sursat və yeri barədə dəqiq məlumat verə bilirdi”.

O, 1945-ci ilin yanvarında 123-cü cərimə rotasına komandir vəzifəsinə təyin olunub. Cərimə rotası, adətən, ən təhlükəli və məsuliyyətli əməliyyatlara göndərilirdi.

Visla-Oder əməliyyatı zamanı, 14 yanvar 1945-ci ildə Bünyadov başda olmaqla, rota Pilitsa çayının üzərində olan körpünü tutub, Palçev (Polşanın Varka şəhərindən 6 km aralıda) yaşayış məntəqəsinə kömək üçün gələnləri gözləyərək, ərazini öz nəzarəti altında saxlayıb. Həmin zaman Ziya Bünyadovun əlahiddə ordu rotası su həddini birinci keçənlərdən olub. Bu əməliyyat zamanı o, öz döyüşçüləri ilə birgə 160 düşmən əsgərini məhv edib, 45 faşisti mühasirəyə alıb. Bundan əlavə, rota 5 minaatan silah, 3 top və bir çox başqa hərbi sursat ələ keçirib. Bu səbəbdən 22 yaşlı Ziya Bünyadov 27 fevral 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Daha sonra Bünyadov Berlin uğrunda gedən əlbəyaxa döyüşlərdə vuruşub. Berlin Strateji Hücum əməliyyatı zamanı öz rotası ilə birgə Ziya Bünyadov 100-ə yaxın əsgəri məhv edib, 70 faşisti mühasirəyə alıb. Bu döyüşdəki nailiyyətlərinə görə, o, 18 may 1945-ci ildə “Qırmızı Bayraq” ordeni ilə təltif edilib.

Müharibə zamanı Bünyadov bir neçə dəfə ağır yaralanıb kontuziya alsa da, döyüş bölgəsini tərk etməyib. Böyük Vətən müharibəsi dövründə onun başına girmiş şüşə parçasının 30 il sonra çıxarılmasına baxmayaraq, ömrünün sonuna kimi baş ağrılarından qurtula bilməyib.

Böyük Vətən müharibəsi illərində o, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə”, “Berlinin alınmasına görə” medalları və digər mükafatlarla təltif edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:10

Lənkəranda fermerlərə ağır zərbə: məhsul itkisi 90 faizə çatıb - VİDEO

Kriminal
Bu gün, 14:35

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 14:00

Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Bütün xəbərlər
Bu gün, 13:20

Noyabrın ilk günü hava necə olacaq?

Kriminal
Bu gün, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 12:10

Lerikli şəhidimizin xatirəsi anılır

Kriminal
Bu gün, 11:35

Dünən axtarışda olan 129 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 11:00

Cənubda FAKTİKİ HAVA

Kriminal
Bu gün, 10:25

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu

İqtisadiyyat
Bu gün, 09:50

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

Bütün xəbərlər
Bu gün, 09:17

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

31 oktyabr 2020-ci il: Vətən müharibəsinin 35-ci günü

Bütün xəbərlər
Dünən, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:20

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
Dünən, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
Dünən, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
Dünən, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
Dünən, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 12:50

İtkin düşən 13 nəfər tapılıb

Bütün xəbərlər
Dünən, 12:15

Astarada tezyetişən naringinin yığımı aparılır - Qiymətlər 50 qəpikdən başlayır

Kriminal
Dünən, 11:40

"TikTok"da qadına "gül" göndərdi, interneti kəsən arvadını odunla döydü

Bütün xəbərlər
Dünən, 11:05

Cəlilabadda kişinin meyiti evinin həyətində tapıldı

Oxşar xəbərlər