top
Bu gün 9 May – Faşizm Üzərində Qələbə Günüdür
09 may 2024, 00:54
- ↺ +

Bu gün 9 May – Faşizm Üzərində Qələbə Günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Böyük Vətən müharibəsində alman faşizmi üzərində qələbənin 79-cu ildönümüdür. 1941-1945-ci illərdə olan Böyük Vətən müharibəsi sovet xalqının faşist Almaniyası və onun müttəfiqlərinə qarşı aparılan azadlıq mübarizəsidir.

Müharibədə Lənkəran rayonundan 10 min nəfərədək döyüşçü iştirak etmiş, onlardan 7 min nəfər geri qayıtmamışdır. Onların sırasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Böyük Vətən müharibəsi qəhrəmanı Baloğlan Abbasov, həmçinin Xan Babayev, Şalı Caniyev, Hüseyn Cavadov, Hüseyn Heydərov, Sayad Hüseynov, Mirkərim Kazımov, Manaf Kələntərli, Kərim Kərimov, Əbülqasım Qasımov, Ələkbər Qurbanov, Bəşir Məmmədov, Məmmədrza Məmmədov, Qədir Möhsümzadə, Kamil Nəcəfov, Ağadadaş Səmədov, Məzahir Vəliyev, Akim Abbasov və digərləri olublar. İkinci Dünya müharibəsi illərində aviasiya döyüşlərində iştirak etmiş lənkəranlı təyyarəçi Qurban Kərimov da var idi [1].

Böyük Vətən müharibəsi zamanı Lənkəran rayonunda iş formaları müharibənin tələblərinə uyğun dəyişdirilmişdir [2]. Lənkəran rayonunun əhalisi əməkçi ümumxalq təşəbbüsünə qoşularaq müdafiə fonduna təkcə 1942-ci ildə 273 qram qızıl, 4162 qram gümüş, 570 min manat pul köçürmüşdür [1]. Bundan əlavə, müharibə dövründə min tonlarla taxıl, ət, yağ və s. məhsullar cəbhəyə göndərilmişdir [2].

İkinci Dünya müharibəsi illərində hərbi hospitallar Lənkəran şəhər 3 və 6 saylı orta məktəblərində yerləşirdi. Həkim Cəbrayıl Əhədov müharibə illərində Lənkəran hərbi hospitalında işləmiş, yaralıları müalicə etmişdir.

Müharibə dövründə Lənkəran rayonunda iki uşaq evi açılmışdır, onlardan biri Şürük kəndində yerləşirdi [1].

İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş lənkəranlıların xatirə kompleksi Heydər Əliyev Xatirə Parkında 1975-ci ildə ucaldılıb [1,3]. Bu abidə kompleksi Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə qoyulmuş ən böyük abidələrdən biri sayılır [3].

 Ədəbiyyat:


  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  2. Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. Lənkəran. Bakı-1990.

  3. https://avestatalysh.com/2016/05/10/az%c9%99rbaycanda-%c9%99n-boyuk-9-may-abid%c9%99si-lankon/

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Oxşar xəbərlər