top
Bu gün tank qoşunları general-mayoru Həzi Aslanovun ad günüdür
22 yanvar 2022, 03:00
- +

Bu gün tank qoşunları general-mayoru Həzi Aslanovun ad günüdür

Həzi Əhəd oğlu Aslanov 22 yanvar 1910-cu ildə Lənkəran rayonunun Gərmətük kəndində anadan olub. O, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmuş yeganə azərbaycanlıdır.

Aslanov ibtidai təhsilini Lənkəranda alıb, sonralar kərpic zavodunda fəhlə işləyib. O, 1924-1929-cu illərdə Zaqafqaziya Hərbi Hazırlıq Məktəbində oxuyub. 1929-cu ildə Aslanov Leninqrad Suvari Məktəbinə daxil olub. Daha sonra o, Kotovski adına 3-cü Bessarabiya suvari diviziyasına vzvod komandiri təyin edilib [1].

İkinci dünya müharibəsi başlayanda o, Ukraynada xidmət edib. 1941-ci ildən Aslanov öz döyüşçüləri ilə Donbas ətrafında alman qoşunlarının hücumlarını beş ay dəf edib. Həzi 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda iştirak etdiyinə görə, Qırmızı Ulduz ordeninə layiq görülüb. Xarkov (Ukrayna) və Stalinqrad (Russiya, Volqoqrad) ətrafında gedən döyüşlərdə Aslanovun başçılığı ilə tankçılar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxarıb. Aslanovun döyüşçüləri Kotelnikovo (Russiya, Volqoqrad vilayəti) yaxınlığında gedən döyüşlərdə düşmənin 30 əks-hücumunu dəf ediblər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxardıblar. Bu döyüşə görə podpolkovnik Həzi Aslanov 22 dekabr 1942-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb [4].

13 mart 1944-cü ildə ona tank qoşunları general mayoru adı verilib [3]. Aslanov döyüşçüləri ilə 1944-cü ilin iyununda Belorusiya və Pribaltika cəbhəsində vuruşublar. Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə (Litva) tərəf gediblər. Bu döyüşdəki qələbəyə görə, general ikinci dərəcəli Suvorov ordeninə layiq görülüb [4]. 1944-cü ilin döyüşləri zamanı, 8 dəfə Stalin tərəfindən təşəkkür alıb [3].

24 yanvar 1945-ci ildə Həzi Aslanov Miatva (Latviya, Yelqava) şəhərində dünyasını dəyişib [1]. Onun qəbri Bakıda Şəhidlər Xiyabanında yerləşir və üzərində abidəsi ucaldılıb [2].

1969-cu ildə Həzi Aslanovun Lənkəran şəhərində ev-muzeyi açılıb, 1983-cü ildə isə Lənkəran şəhərinin mərkəzində onun heykəli qoyulub [5].

Həzi Aslanova Minsk (Belarus) və Vilnüs şəhərlərini azad etdiyinə görə, 47 il sonra 1991-ci ildə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib [6].

Ədəbiyyat:


  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  2. Əbdülhüseyn Ənbiya oğlu. XX əsrin 100 görkəmli azərbaycanlısı. Bakı-2002.

  3. https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=&ved=2ahUKEwiQuYvT2MT1AhVKRfEDHW_PCT4QFnoECAMQAQ&url=http%3A%2F%2Fanl.az%2Fel%2Femb%2FQELEBE-75%2Fkitablar%2FSov.IttifaqiQehremanlari.pdf&usg=AOvVaw2c--kBk4Hik77k6XxGTUDH

  4. https://ordu.az/az/news/125824/general-hezi-aslanovun-dogum-gunudurhttps://

  5. https://525.az/news/4887-sizi-dunyalar-qeder-sevirdim-filmi--hezi-aslanov-103

  6. https://w.histrf.ru/articles/article/show/aslanov_azi_agadovich


Son xəbərlər

Cəmiyyət
Dünən, 18:15

Lənkəranda 24 saat işləyən apteklər hansılardır?

Bütün xəbərlər
Dünən, 17:35

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün xəbərlər
Dünən, 17:04

İmişlidə susuzluq həyatı iflic edib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:33

Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Bütün xəbərlər
Dünən, 16:03

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
Dünən, 15:32

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:01

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

Bütün xəbərlər
Dünən, 14:29

Lənkəranda qəza: 3 nəfər xəsarət alıb - VİDEO

Bütün xəbərlər
Dünən, 13:55

Neftçalalı Xalq rəssamı Sakit Məmmədovun doğum günüdür

Bütün xəbərlər
Dünən, 13:26

Ödənişi yüksək olan özəl bağçaların müsabiqədən keçmək şansı az olacaq - MÜTDA

Kriminal
Dünən, 12:57

Sım şəlaləsində çiməni təhqir etdi, həbs olundu

İqtisadiyyat
Dünən, 12:25

Məşhur şadlıq sarayı 3,5 milyon manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 11:58

DİM taksi sürücüləri üçün imtahan keçirəcək

Bütün xəbərlər
Dünən, 11:30

MİQ-də vakansiya seçimi başladı

Bütün xəbərlər
Dünən, 11:00

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 10:29

Astaranın bu kəndlərində qaz kəsiləcək

Kriminal
Dünən, 09:56

Saatlıda cinayət: Sevgilisinin azyaşlı qızına təcavüz etdi

Bütün xəbərlər
Dünən, 09:15

Bağçalara qəbulda yeni növbələrin yaradılması müvəqqəti dayandırıldı

Bütün xəbərlər
04 avqust 2026, 18:00

Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb

Bütün xəbərlər
04 avqust 2026, 17:24

Cenublu.az yazdı, problem dərhal həll olundu

Kriminal
04 avqust 2026, 16:58

Polis 56 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Bütün xəbərlər
04 avqust 2026, 16:27

İlk yarımildə neçə erkən nikahın qarşısı alınıb? - Rəsmi

Kriminal
04 avqust 2026, 15:56

Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Bütün xəbərlər
04 avqust 2026, 15:25

Sabirabadda qaz olmayacaq

Oxşar xəbərlər