top
Böyük çillənin ilk gecəsi – Lənkərandan reportaj
20 dekabr 2024, 02:41
- ↺ +

Böyük çillənin ilk gecəsi – Lənkərandan reportaj

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün ilin 365 gecəsinin ən uzunu və 40 gün davam edən Böyük çillənin ilk gecəsidir. Çillə gecəsi cənub bölgəsində xüsusi təmtəraqla qeyd olunur.

Azertag.az xəbər verir ki, Novruza hazırlıq dekabrın 21-dən başlayır və üç mərhələdə davam edir. Birinci mərhələ Böyük çillə ilə Kiçik çillənin arası (21 dekabr-1 fevral), ikinci mərhələ Kiçik çillənin davam etdiyi müddət (1-20 fevral), üçüncü mərhələ isə dörd həftəlik axır çərşənbələri əhatə edən Boz aydır. Bundan sonra isə Novruz gəlir.

Böyük çillənin daxil olduğu gecəni Lənkəran sakinləri bayram əhvali-ruhiyyəsində keçirirlər. Filologiya elmləri doktoru, professor Yədulla Ağazadə bildirir ki, çillə sözü “çıl” sözündəndir, mənası isə “qırx” deməkdir: “Bu çillə xalq ədəbiyyatında “Şəbi yelda gecəsi” kimi də tanınır. Çillə sözü çətinlik, uzunluq mənasındadır. Yəni qışın uzun müddət davam edəcək dövrünə qədəm qoyulur və bu dövr ağır keçəcək. İnsanlar isə bu çətin dövrün asan keçməsi üçün çalışır, bu məqsədlə “Şəbi yelda gecəsi”ndə maraqlı adət-ənənələrdən, rəmzlərdən istifadə edirlər. Bu adət-ənənələri bayram gecəsi bişirilən təamlarda, süfrə mədəniyyətində də görürük”.

Lənkəranda hər ailədə qeyd edilən çillə axşamında yerli mətbəxin ləziz təamları bişirilir. Bu bayramın atributları bu günümüzədək dəyişməz qalıb - ağ boranı və qarpız. Elə ona görə də bu günlərdə Lənkəran bazarında ən çox alınan və satılan elə bu nemətlərdir.

Adətə görə bu günlərdə nişanlı qızların evlərinə xonça da aparılır. Xonçada isə qırmızı lent bağlanmış qarpızın olması mütləqdir.

Qədim inanclara görə, hər kəs ürəyində niyyət tutub, çillə axşamı kəsilmiş qarpız və ya qaynadılmış boranıdan bir dilim yesə, həm niyyətinə çatar, həm də növbəti qışa qədər xəstəliklərdən uzaq olar. Canınız sağlam, niyyətləriniz çin, süfrələriniz də bol ruzili və bərəkətli olsun.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:10

Lənkəranda fermerlərə ağır zərbə: məhsul itkisi 90 faizə çatıb - VİDEO

Kriminal
Bu gün, 14:35

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 14:00

Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Bütün xəbərlər
Bu gün, 13:20

Noyabrın ilk günü hava necə olacaq?

Kriminal
Bu gün, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 12:10

Lerikli şəhidimizin xatirəsi anılır

Kriminal
Bu gün, 11:35

Dünən axtarışda olan 129 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 11:00

Cənubda FAKTİKİ HAVA

Kriminal
Bu gün, 10:25

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu

İqtisadiyyat
Bu gün, 09:50

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

Bütün xəbərlər
Bu gün, 09:17

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

31 oktyabr 2020-ci il: Vətən müharibəsinin 35-ci günü

Bütün xəbərlər
Dünən, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:20

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
Dünən, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
Dünən, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
Dünən, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
Dünən, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 12:50

İtkin düşən 13 nəfər tapılıb

Bütün xəbərlər
Dünən, 12:15

Astarada tezyetişən naringinin yığımı aparılır - Qiymətlər 50 qəpikdən başlayır

Kriminal
Dünən, 11:40

"TikTok"da qadına "gül" göndərdi, interneti kəsən arvadını odunla döydü

Bütün xəbərlər
Dünən, 11:05

Cəlilabadda kişinin meyiti evinin həyətində tapıldı

Oxşar xəbərlər