top
Azərbaycan səhnəsinin ilk qadın müğənnilərindən biri: Həqiqət Rzayeva
06 dekabr 2022, 03:00
- +

Azərbaycan səhnəsinin ilk qadın müğənnilərindən biri: Həqiqət Rzayeva

Həqiqət Əli qızı Rzayeva 20 may 1907-ci ildə Lənkəran rayonunun Darquba kəndində anadan olub. O, Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindən biridir [1]. Əslində xanmın əsl adı Süsən, soyadı isə Əliyeva olub. Həqiqət adını səhnəyə gəldikdə götürüb. Rejissor Hüseyn Rzayevlə ailə qurduqdan sonra isə soyadını da dəyişib [7].

1918-1923-cu illərdə Həqiqət xanım Lənkəranda ilk müsəlman qızlar məktəbində təhsil alıb [2]. O, 1923-cü ildə Bakı Pedaqoji Texnikumuna daxil olub. Rzayeva 1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şobəsində oxuyub [3]. Həqiqət Rzayeva Konservatoriyada dərslərini Üzeyir bəy Hacıbəyovun rəhbərliyi ilə xanəndələr Seyid Şuşinskidən, Cabbar Qaryağdıdan və Qurban Pirimovdan almışdır [4].

1927-ci ildə Həqiqət xanım Azərbaycan teatr tarixində Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Ərəbzəngini ifa edən ilk qadın olub [6]. Bu hadisə mətbuatda “inqilab” kimi qiymətləndirilirdi. Həqiqət Rzayeva sonralar 500 dəfədən çox bu rolu oynayıb [3].

Rzayeva 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarının ifaçısı kimi tanınırdı. O, Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərində “Telli”, “Əsli və Kərəm”də “Əsli”, “Leyli və Məcnun”da “Leyli”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” əsərində “Şahsənəm” və s. obrazlarda çıxış edib. Deyilənə görə, o, “Leyli” rolunu min dəfədən artıq səhnədə canlandırıb [3].

Qeyd edilir ki, 1939-cu ildə Moskvada Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyü zamanı xanəndə “Arşın mal alan” operasında Telli obrazını özünəməxsus şəkildə ifa edir. Sonralar dahi Üzeyir bəy Həqiqət xanıma danışırmış ki, “Arşın mal alan”da Tellinin lal səhnəsinə baxan İ.Stalin belə deyib: “Bax budur aktrisa!” [5].

Həqiqət Rzayeva kino fəaliyyətində “Ögey ana” filmindəki “Qəmər xala” rolu ilə tanınıb. Həqiqət xanım, həmçinin pedaqoji fəaliyyətlə də məşğul olub. O, bir müddət Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində dərs deyib, Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib [3].

Həqiqət Rzayeva 2 avqust 1969-cu ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Hazırda Lənkəran şəhər 2 saylı musiqi məktəbi onun adını daşıyır [1].

Ədəbiyyat:


  1. Mirhaşım Talışlı Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2014.

  2. İlham Rəhimli. Azərbaycan teatr tarixi. Bakı-2005.

  3. https://525.az/news/168594-heqiqet-rzayeva-tekrarsizligi-anim

  4. http://culture.gov.az/az/umumi-xeberler/12723

  5. https://medeniyyet.az/page/news/43578/.html

  6. http://www.anl.az/down/medeniyyet2007/may/medeniyyet2007_may_724.htm

  7. http://www.anl.az/down/medeniyyet2007/may/medeniyyet2007_may_460.htm

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:40

Lənkəranda bir nəfər Bumda çimərkən batıb

Bütün xəbərlər
Bu gün, 16:32

İlk dəfə heyvanların elektron izləmə sistemi yaradılacaq

Cəmiyyət
Bu gün, 15:26

Cəlilabadlı müəllim qadını ölümdən belə xilas etdi

Bütün xəbərlər
Bu gün, 14:24

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 13:29

Sabah hava necə olacaq?

Kriminal
Bu gün, 12:30

Masallıda dəhşətli qətl: 69 yaşlı qadın evində baltalanaraq öldürüldü

Kriminal
Bu gün, 11:31

Saatlı sakini arvadını cavabına görə 8 dəqiqə döydü

Bütün xəbərlər
Bu gün, 10:25

23 yaşlı masallılı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:27

Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Faydalı
Dünən, 17:16

Məhərrəm ayı və Aşura gününün tarixi açıqlanıb

Kriminal
Dünən, 16:50

Yardımlılı sevgilisini yerə yıxıb təpiklədi - Həbs edilmədi

Bütün xəbərlər
Dünən, 15:45

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:49

Hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Bütün xəbərlər
Dünən, 13:53

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 12:56

Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ

Cəmiyyət
Dünən, 12:00

Gəmiyə hücum zamanı həlak olan Rəcəb Əhədov torpağa tapşırıldı

İqtisadiyyat
Dünən, 11:00

Hindistan səfiri Lənkəran və Lerikdə əməkdaşlıq imkanlarını müzakirə edib

Kriminal
Dünən, 10:05

Salyanlı fəhlə iş yoldaşı tərəfindən öldürüldü

Cəmiyyət
Dünən, 09:07

Xalq artisti Teymur Mustafayevi ehtiramla anırıq

Bütün xəbərlər
10 iyun 2026, 17:34

Nazir Anar Əliyev Salyanda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
10 iyun 2026, 16:27

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
10 iyun 2026, 15:33

Masallıda vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər

Bütün xəbərlər
10 iyun 2026, 14:30

Yanvar-may aylarında neçə şəxsə əlillik təyin olunub?

Bütün xəbərlər
10 iyun 2026, 13:24

Sabah hava necə olacaq?

Oxşar xəbərlər