top
“Atam futbol oynadığım üçün qapaqları tulladı” – 12 yaşlı cənublu futbolçu Zeynəb - VİDEO
19 noyabr 2024, 05:22
- ↺ +

“Atam futbol oynadığım üçün qapaqları tulladı” – 12 yaşlı cənublu futbolçu Zeynəb - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər sosial şəbəkələrdə yayılan Cəlilabadda yaşayan 12 yaşlı Zeynəbin futbol oynaması görüntüləri insanlar tərəfindən maraqla qarşılanıb. Digər maraqlı məqam isə Zeynəbin oğlan komandası ilə oynamasıdır.

Cenublu.az-ın əməkdaşı Zeynəb Tanrıverdiyeva ilə həmsöhbət olub.

Onunla müsahibəni təqdim edirik:

- Zeynəb, öncə özünü təqdim edərdin.

- 2012-ci ildə Masallı rayonunda anadan olmuşam. Cəlilabadın Şıxlar kəndində yaşayıram. Hazırda 7-ci sinifdə oxuyuram.

- Futbola marağın necə yarandı? Necə oldu ki, özünü bu sahədə gördün?

- 9 yaşım var idi. Kompüterdə futbol hərəkətlərinə baxırdım. Ronaldonun bir neçə qolunu izlədim. Bundan sonra top çiləməyinə baxdım. Həvəsə gəldim. Mən də top çiləməyə başladım. Yavaş-yavaş futbol oyanmağa keçdim.

- Bəs valideynlərin bu qərarını necə qarşıladı? İlk reaksiyaları necə oldu?

- Əvvəlcə mənim futbola olan marağımı ciddi qəbul etmədilər. Sonradan gördülər ki, bu işlə müntəzəm məşğul oluram. Mənə dəstək olmağa başladılar. Əvvəl onlara qəribə gəlirdi. Hətta butulka qapaqlarını yerə düzdüyüm üçün atam bir dəfə onları yığıb zibilliyə atmışdı.

- Öyrənmək üçün ilk hansı fəndləri edirdin?

- Su qablarının qapaqlarını həyətə düzüb müxtəlif hərəkətlər eləməyə başladım. Çoxlu top çilədim.

- Futbola olan marağın dərslərində axsama yaratmır?

- Ailəm elə bunu düşünüb, futbol oynamağımı istəmirdi. Düşünürdülər ki, futbol oynamağa başlasam, dərslərimə laqeyd yanaşacam. Amma elə olmadı. Dərslərimi elə nizamlayıram ki, nə idmanımda, nə də təhsilimdə heç bir axsama olmur.

- Oğlanlar eyni klubda oynayırsan, eləmi?

- Cəlilabadda oğlanlar arasında futbol oynayan yeganə qız mənəm. Oyun zamanı göstərdiyim çoxsaylı ardıcıl hərəkətlər görənlərin marağına səbəb olur.

Bakıdan qayıdandan sonra Cəlilabadda oğlanlardan ibarət futbol klubunda məşq edirəm. “Sabah” Futbol Klubuna üzv olsam da, məşqlərə COP29-dan sonra qoşulacam.

- Sosial şəbəkələrdə yayılan videodan sonra hansısa təkliflər aldınmı?

- Həmin video dönüş nöqtəm oldu. Çünki video yayılandan sonra komandalar maraqlanmağa başladı. “Sabah” Futbol Klubundan Bakıya dəvət aldım. Özümdən böyük qızlar arasında keçirilən yarışlarda uğurlu çıxış etdim. Məşqçilərimiz təəccübləndi. Həmin futbol klubu çempion olmuşdu.

- Hazırda hansı klubla əməkdaşlıq edirsən?

- “Sabah” çıxışımı bəyəndiyi üçün mənimlə müqavilə bağladı. Çoxlu futbol klubları maraqlandı. Bir iş adamı öz hesabına məni İspaniyaya 6 aylıq məşq üçün göndərmək istədi, amma ailəm qoymadı. Hələ ki, burada məşqlər keçirəm.

- Futbolla bağlı gələcək planın nədir?

- Hazırda “Sabah” klubu ilə əməkdaşlıq edirəm. Bu, mənim arzum idi. Hər bir futbolçu kimi mənim də arzum Azərbaycanı beynəlxalq turnirlərdə, yarışlarda təmsil etməkdir.

Müsahibəmizə Zeynəbin atası Zöhrab Tanrıverdiyev də qoşulub. O, qızının futbol yolunda irəliləməsi barədə fikirlərini bölüşüb:

“Mənə qəribə gəlirdi. Evə top almırdım. Çünki düşünürdüm ki, qız hara, futbol hara. Amma zaman keçdikcə qızımın köhnə top tapıb oynamağa davam etdiyini gördüm. Fəndləri çox düzgün edirdi. Havanın isti, soyuq olmağına baxmırdı. Hər gün məşq edirdi.

Ümumiyyətlə, qızların futbol oynaması barədə məlumatlı deyildim. Qızların futbol oynadığını bilmirdim. Mən maşını həyətdən çıxaranda yerə düzdüyü butulka qapaqları mane olduğu üçün onları bir dəfə yığıb zibilliyə tullamışdım. Sonradan gördük ki, bunun qarşısını ala bilmirik.

Biz onu gündüzlər futbol oynamağına icazə vermirdik. Bir dəfə gecə saat 3 olardı. Baxdım ki, Zeynəb yerində yoxdur. Gördüm həyətin zəif işıqlarını yandırıb topla ayaq hərəkətləri, fəndlər edir. Getdim oturdum yanında, dedim ki, qızım, sənin həvəsini görürəm. Bundan sonra bacardığım qədər sənə dəstək olacam”.

Fidan İlqar

 

Son xəbərlər

Siyasət
Bu gün, 00:01

1 noyabr 2020-ci il: Vətən müharibəsinin 36-cı günü

Bütün xəbərlər
Dünən, 17:30

Sürücülərin nəzərinə - Görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 16:40

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Bütün xəbərlər
Dünən, 15:50

Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir

Bütün xəbərlər
Dünən, 15:10

Lənkəranda fermerlərə ağır zərbə: məhsul itkisi 90 faizə çatıb - VİDEO

Kriminal
Dünən, 14:35

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:00

Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Bütün xəbərlər
Dünən, 13:20

Noyabrın ilk günü hava necə olacaq?

Kriminal
Dünən, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 12:10

Lerikli şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 11:35

Dünən axtarışda olan 129 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:00

Cənubda FAKTİKİ HAVA

Kriminal
Dünən, 10:25

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu

İqtisadiyyat
Dünən, 09:50

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

Bütün xəbərlər
Dünən, 09:17

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

31 oktyabr 2020-ci il: Vətən müharibəsinin 35-ci günü

Bütün xəbərlər
30 oktyabr 2026, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
30 oktyabr 2026, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
30 oktyabr 2026, 16:20

Sabah hava necə olacaq?

Kriminal
30 oktyabr 2026, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
30 oktyabr 2026, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
30 oktyabr 2026, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
30 oktyabr 2026, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
30 oktyabr 2026, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Bütün xəbərlər
30 oktyabr 2026, 12:50

İtkin düşən 13 nəfər tapılıb

Bütün xəbərlər
30 oktyabr 2026, 12:15

Astarada tezyetişən naringinin yığımı aparılır - Qiymətlər 50 qəpikdən başlayır

Kriminal
30 oktyabr 2026, 11:40

"TikTok"da qadına "gül" göndərdi, interneti kəsən arvadını odunla döydü

Bütün xəbərlər
30 oktyabr 2026, 11:05

Cəlilabadda kişinin meyiti evinin həyətində tapıldı

Oxşar xəbərlər