top
Astarada Pensər çayının üstündə inşa olunan Ağ körpü haqqında əfsanə
09 mart 2024, 06:04
- ↺ +

Astarada Pensər çayının üstündə inşa olunan Ağ körpü haqqında əfsanə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu körpünün inşası haqqında bir əfsanə mövcuddur. Həmin əfsanə Astara rayonunun 58 yaşlı Mollayataq kənd sakini İbrahim Nurulla oğlu Əkbərovun danışdıqlarına əsasən, professor Sədnik Paşa Pirsultanlının “Azərbaycan Türklərinin xalq əfsanələri” kitabında yazılıb.

Haradansa bu yerlərə bir usta gəlir. Ustanın üzü gündüz kimi ağ olduğuna görə, onu Ağ usta deyə çağırardılar. Yerli əhali əvvəllər ustanın adı ilə bu körpünü “Ağ ustanın körpüsü”, sonradan isə “Ağ körpü” kimi adlandırıb.

Bu ustaya Pensər çayı üstündə körpü qurdururlar. Usta körpünün yan tağlarını bir neçə aya qurub üstünü bağlamamış bir gecə harasa qaçıb gedir. O, yalnız yeddi il sonra qayıdır və körpünün üstünü bağlayır. Bu zaman Sım hakimi ustanın qaçmasının səbəbini soruşduqda usta ona belə cavab verir: “Tağlar yeddi il ərzində yağışın, selin-suyun altında bərkiməsəydi, çox tez uçardı. Daha bu körpü ömürlük oldu”.

Sım hakimi körpüyə görə ustaya çoxlu qızıl-gümüş verir. Hakim ustanı yola salarkən ondan soruşur:

-   Bundan gözəl körpü tikə bilərsənmi?

Usta isə ona cavab verir:

-   Əlbəttə, tikərəm. Yeddi tağlı elə körpü quraram ki, üstündən bütün aləm keçər.

Sım hakimi bunu eşidərək qəzəblənir və ustanın əllərini kəsdirir. Usta isə qürurunu pozmadan deyir: “Sən mənim əllərimi kəsə bilməzsən. Mənim hər eldə-obada, mahalda neçə-neçə şagirdim var”. Burada da Ağ ustanın üç nəfər yerli şagirdi varmış; onların adları isə Şindan, Əsminə və Nüdüzd olub.

Bir zaman keçdikdən sonra Sım hakimi ustanın tələbəsinin - Şindanın möhtəşəm qala tikdiyini görür və deyir: “Ağ usta öz ölməzliyindən danışanda inanmadım. Onun şagirdi Şindan qala tikmədi, öz ustasına abidə ucaltdı”. Sım hökmdarı öz ədalətsiz işinə görə peşman olur. Hakim Ağ ustaya və şagirdi Şindana əhsən deyir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Oxşar xəbərlər