Astarada intellektual oyun təşkil olunacaq.
Cenublu.az xəbər verir ki, “9 noyabr-Dövlət Bayrağı Günü” münasibətilə “Nə? Harada? Nə zaman?” İntellektual oyunu keçiriləcək.
7 noyabr tarixində baş tutacaq oyunda 14-29 yaş aralığında olan və 5 nəfər üzvdən ibarət komandalar iştirak edə bilər.
Qeydiyyat linkini əldə etmək üçün Astara Gənclər Evi səhifəsinin "Direct" bölməsinə müraciət edə bilərsiniz.